Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Əli İnsanov Ramiz Mehdiyevlə əlaqəsindən danışdı - "...birgə siyasi fəaliyyətimiz ola bilməz"

Tarix 08.09.20, 13:38

Font ölçüsü : - / +
bitmap-img6


“Mən onlarla sirdaş olmasam da, həmkar olmuşuq. Bir komandada işləmişik. Yəni, yaxşı günlər də olub, pis günlər də olub. Yeri gəlmişkən, indi bəziləri, ağzıgöyçəklər danşırlar ki, mən Ramiz Mehdiyevlə birləşmişəm. Bu, qeyri-mümkündür. Mən ona bir insan, keçmiş əməkdaş, yoldaş kimi hörmət edə bilərəm. Ancaq mən onunla bir yerdə ola bilmərəm. Bunun sadə izahatı var. Biz siyasətin müxtəlif qütblərindəyik. Onun konkret, istiqamətini bilirsiniz, bu adam haranın tərəfdarıdır, kimlə dostluq, kimlə yaxınlıq edir. Əli İnsanov isə partiya nizamnaməsinə konkret yazıb, avroatlantik məkana inteqrasiya. Görün, bu heç uyğun gələn şeydir. Bu, qeyri-mümkündür”.

AzFakt.com xəbər verir ki, bu sözləri keçmiş səhiyyə naziri, Haqq Ədalət partiyasının sədri Əli İnsanov “Amerikanın səsi” radiosuna müsahibəsində Ramiz Mehdiyevlə bağlı sualı cavablandırarkən deyib.

Əli İnsanov Ramiz Mehdiyevin Rusiyanın adamı olduğuna işarə vurub: "Ramiz Mehdiyev hər zaman Rusiyanın tərəfdarı və onunla yaxın münasibətləri olub.Ona böyük hörmət olub, dəstək olub və sairə. Ancaq mən maraqlanıram, bu gün ona niyə dəstək vermirlər? Məni bir də, daha çox maraqlandıran başqa şeydir. Yəni, burada nöqtə qoyaq ki, bizim Ramiz Mehdiyevlə birgə siyasi fəaliyyətimiz ola bilməz”.



Xəbərin oxunma sayı : 4411




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap