![]() |
|














Əli Həsənov və Vüqar Səfərli həbs edilə bilər - “Jurnalistlərin binası” ilə bağlı araşdırma başlandı
Tarix 27.05.20, 12:41 |
|
3556.jpg)
Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb.
AzFakt.com-un xəbərinə görə, müraciətə imza atan 31 media işçisi ayrı-ayrılıqda idarədə dindirilir.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılan jurnalistlərin verdiyi məlumata görə, onlara Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan (KİVDF) yardım alan qəzetlərə pulun düzgün bölüşdürülməməsi, fondun keçirdiyi müsabiqədə əsasən eyni adamlara birinci yerlərin verilməsi, jurnalistlər üçün nəzərdə tutulan binalarda mənzillərin bölgüsündə hansı qanunsuzluqların olması barədə suallar verilib.
Korrupsiya idarəsinə çağırılan jurnalistlər prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanması istisna edilmir.
Media işçiləri ölkə başçısına müraciətlərində qeyd olunurdu ki, Prezident Adminstrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov, Vüqar Səfərli başda olmaqla əlaltıları vasitəsilə ona verilən vəzifədən ancaq onların hüquqlarını tapdalamaq və haqlarını mənimsəmək üçün istifadə edib: "Ona yaltaqlana bilmədiyimiz üçün dövlət vəsaiti ilə tikilmiş 2 Jurnalist binasından mənzil almaq imkanından məhrum olmuş, KİVDF-nin ayırdığı qrantlardan kənarda qalmış, Mətbuat Şurasının və KİVDF-nin jurnalistlər üçün təşkil etdiyi heç bir tədbirə çağırılmamışıq. Əli Həsənovun mediaya nəzarət etidiyi dövrdə demək olar ki, biz təcrid olunmuş şəraitdə olum-qalım mübarizəsi aparmışıq. Ona yaltaqlananlar isə bu müddətdə demək olar ki, evi ola-ola ev aldılar, hətta həmin evləri kirayə verdilər, hətta bu gün ölkənin elan saytlarında Sizin göstərişinizlə ev almaq imkanı olmayan jurnalistlər üçün tikilmiş binalarda hansısa evlərin satıldığına, kirayə verildiyinə dair elanlara rast gəlinir. Çünki evlərin bir çoxu məhz ehtiyacı olmayanlara, sadəcə Əli Həsənov-Vüqar Səfərli-Əflatun Amaşov triosuna yaxın olan şəxslərə verilib.
Ev alanlar siyahısında elə şəxslərin adı var ki, onların xarici ölkələri gəzmək üçün təyyarələrdə xərclədiyi pulla şəhərin mərkəzində villa tikmək olardı, 50-100 minlik maşın sürənlər, ev almaq üçün həyat yoldaşını boşayanlar, daha kimlər, kimlər. Bunları həmişə demişik, yazmışıq, lakin səsimizi eşidilməyə qoymayıblar. Bu gün artıq onlar Sizin bir sərəncamınızla tarixin qaranlıq arxivinə atılıblar. Lakin biz haqq-ədalətin bərpa olunmasını istəyirik. 2019-cu ildən ölkəmizdə islahatların ikinci dalğası başlamış, bu gün daha güclü şəkildə, daha sürətlə davam etməkdədir. Hüquq-mühafizə orqanlarının Sizin siyasi iradənizə söykənərək korrupsiyaya qarşı sərt və uğurlu mübarizəsi hər bir vətəndaş kimi biz jurnalistlərin də ürəyincədir və biz bunu ürəkdən dəstəkləyirik. Lakin bu tədbirlərin mətbuat sahəsində də aparılmasını istəyirik. Uzun illər mətbuata ayrılan milyonlar hara, necə xərclənib məlum deyil, milyonlar xərclənən mətbuat ictimai rəyə təsir gücündə deyilsə, onda o qədər vəsait nəyə xərclənib? Jurnalistlər binasında evlər kimlərə verilib? Sizə müraciətimiz də bu məsələlərlə bağlıdır.
2013 və 2017-ci ildə mənzil şəraitinin yaxşılaşdırılmasına həqiqətən ehtiyacı olan jurnalistlərin ümidləri boşa çıxmışdır. Belə ki, ictimai – siyasi məsələlər üzrə sabiq köməkçiniz Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ağır şəraitdə yaşayan, mənzilə ehtiyacı olan jurnalistlərin müraciətlərini nəzərə almamışlar, mənzil verilməsi üçün tərtib olunan siyahıda adı olan əksəriyyət bir və daha çox fərdi mənzil sahibi olan, baş redaktor, baş redaktor müavini, redaktor və jurnalistlərin, uzun müddətdir jurnalistikadan uzaq olan, dövlət qulluqçusu olan mətbuat katiblərinin, jurnalistikaya aidiyyatı olmayan, lakin Əli Həsənova, Vüqar Səfərliyə və Əflatun Amaşova yaxın olan şəxslərin adları qeyd olunmuşdur. Ona görə də Sizə bu müraciəti ünvanlayaraq xahiş edirik ki, jurnalistlər üçün tikilən binalarda mənzil verilən zaman, başda Əli Həsənov olmaqla Vüqar Səfərlinin, Əflatun Amaşovun, Nuşirəvan Məhərrəmlinin və başqalarının hüquqa və qanunazidd əməllərinin araşdırılması, hüquqi qiymət verilməsi, evi ola-ola Jurnalistlər binasında ev alan, kirayə verilən, satılan mənzillərin həmin şəxslərdən geri alınaraq həqiqi ehtiyacı olan şəxslərə verilməsi üçün göstəriş verəsiniz".
Ölkə başçısına müraciət edən media işçilərinin siyahısı:
1.Xanlar Sətullayev, Yenilik.az saytı, baş redaktor 2. Kərim Kərimli, "Teas Press” redaktor, Qarabağ müharibəsi veteranı 3. Mais Əlizadə, Türkiyədə Azərbaycan,T ürk və əcnəbi media qurumlarıyla əməkdaşlıq edən jurnalist, təhlilçi, tərcüməçi, filologiya elmləri namizədi 4. Vəfa Fərəcova, müstəqil jurnalist 5. Şəfayət Avılbəyli, Baku Avrasiya Universitetinin mətbuat xidmətinin rəhbəri 6. Raminə Eyvazqızı, Ayna. Az saytı, jurnalist. 7. Rövşən Əsədov, correct. az, redaktor. 8. Fərqanə Sədirova, müstəqil jurnalist. 9. Amil Hacıyev, müstəqil jurnalist 10. Pərviz Hüseynli (Pərviz Hüseyn), Axşam. Az saytı, jurnalist. 11. Gülnaz Qənbərli, müstəqil jurnalist. 12. Əzizə İsmayılova, jurnalist, radioaparıcı. 13. Elmidar Əliyev, Aztoday. az saytı, redaktor. 14. Həbibə Abdulla, Afn. az saytı, baş direktor 15. Nürəddin Xoca teref. az, redaktor 16. Pervanə Sultanova müstəqil jurnalist 17. Fikrət Fəraməzoğlu, müstəqil jurnalist, 18. Nigar Orucova Oxu. az saytı, jurnalist 19. Babək Cahandarov müstəqil jurnalist 20. Zaur Qərib oğlu "Reaksiya Media Group”, baş direktor 21. Cəmilə Hətəmxanova, Real TV, jurnalist 22. Azər Niftiyev, Sosium.az portalı, baş redaktor 23 Dilşad Yusifova, müstəqil jurnalist 24. Arzu Umut, müstəqil jurnalist 25. Sənan Məhərrəmov, müstəqil beynəlxalq idman jurnalisti, combatsport.az Döyüş Sənətləri Analitiki Multi-İdman Portalının baş redaktoru 26. Əli Aqşin Rafiqoğlu – Report informasiya agentliyinin müxbiri. 27. Xəyalə Süleymanqızı FaktAt.az fakt-arasdirma təhlil analitik informasiya agentliyi, jurnalist 28. Bəhruz Salmanov, xeberlent. az saytı, baş redaktor 29. Elxan Qənbərli, 7-gun.com saytı, jurnalist 30. Züleyxa Nadir, müstəqil jurnalist 31. Nicat Haciyev, Zerkalo. az, jurnalist. (criminal.az)
Xəbərin oxunma sayı : 661
Hadisə
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV