Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Əli Kərimli bu gün məhkəməyə çıxarılacaq - 2 maddə ilə ittiham olunur

Tarix 18.11.18, 11:53

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 17-i saat 15 radələrində Dirçəliş günü ilə bağlı Şəhidlər Xiyabanına yürüş edən 60-70 nəfər AXCP üzvü ilə polis əməkdaşları arasında qarşıdurma yaranıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, nəticədə 52 nəfər saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılıb. Orada izahatı alındıqdan sonra 41 nəfər, o cümlədən Cəmil Həsənli buraxılıb.

Saxlanılan 11 nəfər İnzibati Xətalar Məcəlləsinin 513.2-ci ("Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə) maddəsi ilə ittiham olunub. Onlarla bağlı bu gün Səbail Rayon Məhkəməsində qərar veriləcək.

Saxlanılan arasında AXCP sədri Əli Kərimli də var. O, iki maddə üzrə ittiham olunur.

Ə. Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.2-ci və 513.1-ci ( Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə) maddələri ilə ittiham edilir. O da bu gün məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, bu maddələr üzrə ittiham olunan şəxslərin təqsiri məhkəmədə sübuta yetirilərsə, onları pul cəzası, ictimai işlərə cəlb etmə və ya 2 ay müddətinə inzibati həbs cəzası gözləyir.



Xəbərin oxunma sayı : 184




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap