Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ölkədən külli miqdarda dollar çıxarılır - “Məmurlar valyutanı xaricə daşıyır”

Tarix 02.12.16, 5:10

Font ölçüsü : - / +
bitmap-img6


Mərkəzi Bank manatın “üzən məzənnə”yə keçdiyini elan etsə də, hələ də inzibati metodlarla milli valyutaya təsir etməkdə davam edir.

Əgər həqiqətən də “üzən məzənnə” siyasəti yürüdülsəydi, baş bank hər gün məzənnə elan etmək lüzumunda bulunmazdı. 

Dekabrın 1-nə elan edilən USD/AZN rəsmi məzənnəsi 1,7318 manat səviyyəsində müəyyən olunub. Bu, rəsmi məzənnədə belədir. Çünki kommersiya banklarının böyük çoxluğu dollar satmır, satanlar isə müəyyən olunmuş məhdud məbləği aşmır. Məhz bunun fonunda “qara bazar” canlanmaqda davam edir. “Qara bazar”da 1 dollar 1.80-1.90 manat arasında dəyişir. Rəsmi qurumlar isə “qara bazar”ı bağlamaq üçün hər hansı addım atmır. Beləcə ölkədə dollar “cinayət”i tüğyan etməkdə davam edir.

“4 faizlik marja gözlənilmir”

dollar

İqtisadçı Samir Əliyev deyib ki, ölkədəki böhranlı vəziyyətə təzyiq yaradan mexanizmlərdən bir də “qara bazar”dır:“Ona görə problem yaradır ki, əksəriyyət dolları “qara bazar” vasitəsilə satdırmağa üstünlük verir. Dollar “qara bazar”a havadan gəlmir, ayrı-ayrı banklar tərəfindən yönəldilir. Bildiyiniz kimi, Mərkəzi Bank tərəfindən 4 faiz marja tətbiq edilir. Yəni ayrı-ayrı banklar Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən ən çoxu 4 faiz baha sata bilərlər. Bu gün “qara bazar”da həmin hədd keçilir.
Ona görə də banklar və ayrı-ayrı şəxslər öz dollarlarını “qara bazar”a yönəldirlər. Elə insanlar var ki, bankdan aşağı məzənnə ilə dollar alıb, “qara bazar”da yüksək məzənnə ilə satır. Bunların hamısı spekulyatorlardır. Bunlar dövri olaraq ayrı-ayrı ölkələrdə baş verir, o cümlədən də bizdə. Böhranlı vəziyyətlərdə ayrı-ayrı sahələrdə sui-istifadə halları da artır”.

“Ölkədən külli miqdarda dollar çıxarılır”

Samir Əliyev

Mütəxəssis bildirib ki, çıxış yolu hökumətin “qara bazar”ın qarşısını almasından keçir:“Dollar qıtlığının aradan qaldırılması üçün ölkəyə dollar axını artırılmalıdır. Heç olmasa, fundamental tədbirlər görülməlidir. Hazırda hökumət tərəfindən hansısa addımlar atılması nəzərdə tutulub. Amma bunun da effekt verməsi təqribən 2-3 il tələb edir.

Digər tərəfdən, yalnız dollar alıb-satanlar yox, eyni zamanda bir sıra məmur təbəqəsi var ki, əllərində olan manatı “qara bazar” vasitəsilə dəyişərək ölkədən çıxarır. Hazırda külli miqdarda valyuta xaricə daşınır. Bildiyiniz kimi banklarda dollar satışı müəyyən məhdudiyyətlə həyata keçirilir, həm də şəxsiyyət vəsiqəsi tələb edilir. Böyük rüşvət pulları əldə edən məmurlar isə həmin limitlə kifayətlənə bilməz. Ona görə də məhz “qara bazar”a üz tuturlar. Beləcə ölkədən çıxarılan dollar, ölkəyə gətirilən dolları üstələyir”.

Hüquq-mühafizə orqanları “qara bazar”ı niyə görmür?…

S.Əliyevin sözlərinə görə, “qara bazar”ı idarə edənlər də məhz məmurlardır:“Mən əminəm ki, ayrı-ayrı sahibkarlar, vəzifədə olan məmurlar “qara bazar”ın saxlanmasında maraqlıdırlar. Baxın, sadə vətəndaş istədiyi vaxt “qara bazar”a daxil olub dollar ala bilirsə, necə olur ki, hüquq-mühafizə orqanlarının bundan xəbəri yoxdur? Demək, burada maraqlı qüvvələr var”. (Modern.az)



Xəbərin oxunma sayı : 2983




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap