Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ölkəyə istilik veriləcəyi tarix açıqlandı

Tarix 21.10.17, 1:00

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 15-dən Azəristiliktəchizat ASC Bakıda mənzilləri istilik sistemi ilə təmin edəcək

“Azəristiliktəchizat”ın Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Teleqraf.com-un sorğusuna cavabda bildirib ki, respublikanın dağ və dağətəyi rayonlarına isə noyabrın 1-dən istilik veriləcək.

Rafiq Əliyevin sözlərinə görə, qış mövsümündə problem yarada biləcək istilik xətləri yenisi ilə əvəzlənib: “ASC-yə məxsus 548 qazanxana istismar edilməklə 3750 yaşayış binası, o cümlədən 180 mindən artıq mənzil, 280 məktəb, 155 uşaq bağçası, 150 səhiyyə müəssisəsi və 900-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur.

Bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub. Qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənmiş, nəzarət ölçü cihazları və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması aparılıb, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib. Eyni zamanda qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib”.

ASC rəsmisi qeyd edib ki, hazırda payız-qış mövsümünə hazırliqla əlaqədar tədbirlər davam etdirilir: “538 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 403 odluq təmir olunub, 462 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 1092 ədəd qazan mexaniki və kimyəvi üsullarla təmizlənib, 20571 ədəd siyirtmə və ventil təftiş olunub. Onlardan 2264 ədədi əsaslı, 7474 ədədi cari təmir olunub, 144 ədədi isə yenisi ilə əvəz olunub”.



Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap