“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Müəllim-valideyn münasibətləri tənzimlənməlidir“ - Təhsil naziri

Tarix 14.09.20, 22:26

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 14-də respublika üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. 

Təhsil Nazirliyindən "Report"a bildirilib ki, konfrans Təhsil naziri Emin Əmrullayev, nazirin müşaviri Rüstəm Ağayev, Nazirliyin şöbə müdirləri, nazirlik yanında İctimai Şuranın üzvləri, məktəb direktorları və yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin iştirakı ilə "Microsoft Teams" platforması üzərindən virtual təşkil edilib.

Təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı məlumat verərək bildirib ki, məktəblərdə sağlam sosial-psixoloji mühitin yaradılması əsas şərtlərdən biridir. Pandemiya dövründə şagird-şagird, şagird-müəllim, müəllim-valideyn arasında münasibətlər tənzimlənməlidir.


 
Müəllimlərin işə qəbulu imtahanlarından danışan E.Əmrullayev son dönəmdə müəllimliyə marağın daha da artdığını və bu il imtahan verən namizədlər arasında yüksək bal toplayanların əvvəlki illərlə müqayisədə daha çox olduğunu qeyd edib.

Çıxışında "STEAM" və "Rəqəmsal bacarıqlar" layihələrinə də toxunan nazir deyib ki, sözügedən layihələrin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu pandemiya dövründə tədrisin təşkili ilə bağlı çıxış edərək teledərslərdən də söz açıb. V.Yaqublunun sözlərinə görə, dərs cədvəli pandemiya dövrü olduğu üçün fərqli formada hazırlanmalıdır, hansısa fənn onlayn şəkildə, hansısa fənn isə əyani şəkildə keçirilməlidir. V.Yaqublu Təhsil İnstitutu tərəfindən şagirdlərin ötən tədris ilinin ikinci yarımilində əldə etdikləri biliklərin diaqnostik qiymətləndirilməsi ilə bağlı sualların hazırlanaraq yerlərə göndərildiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, övladlarının təhsilini əyani deyil, onlayn formada davam etdirilməsini istəyən valideynlər üçün iltizam formaları hazırlanıb və yerlərə göndərilib.

Daha sonra çıxış edən Təhsil nazirinin müşaviri Rüstəm Ağayev sanitar-gigiyenik normalar haqqında ətraflı məlumat verib. O, bildirib ki, məktəblərdə sosial məsafə gözlənilməli, hər bir müəllim məktəbə tibbi maska ilə gəlməli, hərarət normal olduqdan sonra siniflərə daxil olmalıdır.

Konfrans müzakirələrlə davam etdirilib.





Xəbərin oxunma sayı : 349




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap