Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Mançester Siti” Messiyə 300 milyon avro təklif edəcək

Tarix 21.08.17, 3:20

Font ölçüsü : - / +
bitmap-img6


İngiltərənin “Mançester Siti” futbol klubu Kataloniyanın “Barselona” klubunun hücumçusu Lionel Messinin əldə edilməsində maraqlıdır.Virtualaz.org İspaniyanın “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, ingilis klubu argentinalı forvarda 300 milyon avro təklif etməyi planlaşdırır.

Qeyd olunur ki, Messinin hazırda qüvvədə olan müqaviləsində onun yalnız bu qiymətə klubunu dəyişəcəyi ilə bağlı xüsusi bənd var.

Maraqlıdır ki, 2017-ci ilin iyul ayında “Barselona” ilə Messi arasında müqavilənin müddətinin uzadılması barədə məlumat verilsə də, bununla bağlı mərasim keçirilməyib və bəzi mütəxəssislər müqavilənin ümumiyyətlə bağlanmadığını ehtimal edirlər. Əslində, “Mançester Siti” də yaranmış bu pauzadan faydalanmaq niyyətindədir.

Xatırladaq ki, “FourFourTwo” nəşrinin keçirdiyi sorğunun nəticələrinə əsasən, Lionel Messi bütün xalqların və dövrlərin ən yaxşı futbolçuları arasında Dieqo Maradonadan sonra ikinci yeri tutmuşdu. “Futbolun kralı” adlandırılan Pele həmin sıralamada üçüncü olmuşdu.



Xəbərin oxunma sayı : 121




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap