| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
“Manatın dəyər itirməsi gözləniləndir“ - İqtisadçı
Tarix 26.01.22, 16:45 |
|
Son günlər manatın üzən məzənnəyə keçəcəyi ilə bağlı mediada və sosial şəbəkələrdə fikirlər səsləndirilir. Ötən həftə Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində manatın məzənnəsi ilə bağlı əvvəllər atılan addımlara toxunaraq demişdi ki, Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik.". AMB sədri Elman Rüstəmov 2021-ci ilin yekunlarına dair brifinqdə jurnalistlərin suallarını cavablandırarkən, - “biz manatı zorla tutub saxlaya bilmərik, manatın məzənnəsini inzibati yolla tənzimləmək mümkün deyilâ€, - açıqlamasını vermişdi. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə manatın əvvəl-axır üzən məzənnə rejiminə keçiriləcəyini deyib. Yaxın vaxtlarda manatın tam üzən məzənnə rejiminə keçməsi gözləniləndirmi?
İqtisadçı Rəşad Həsənov ASTNA-nın suallarını cavablandırıb.
Sual: Rəşad bəy, son vaxtlar rəsmi açıqlamalardan belə anlaşılır ki, manat yaxın zamanda tam üzən məzənnə rejiminə keçəcək?
Cavab: Son günlər manatın məzənnəsi və üzən məzənnə rejiminə keçid və devalvasiya mövzuları ictimai müzakirələrin əsas mövzularından biridir. Amma bu gün faktiki olaraq real vəziyyətin təhlili onu göstərir ki, Azərbaycan hazırda üzən məzənnə rejiminə hazır deyil, eyni zamanda devalvasiya üçün ciddi əsaslar yoxdur. Təbii ki, gündəmi formalaşdıran müəyyən determinatorların olmasını demək olar. Region ölkələrində, əsas xarici ticarət tərəfdaşlarında milli valyutalarda baş verən proseslər, milli valyutaların dəyərsizləşməsi, digər tərəfdən xüsusilə də prezidentin çıxışında ifadə etdiyi fikirlər, həmçinin real valyuta bazarında bankların davranışları, onların təyin etdiyi məzənnələr, büdcə prosesi və valyuta bazarlarında ortaya çıxan nəticələr bu mövzunun müzakirələrini daha da aktuallaşdırıb. Amma bütün bunlara baxmayaraq birmənalı şəkildə qeyd etmək lazımdır ki, indiki şərtlər daxilində Azərbaycan hökumətinin devalvasiya qərarını qəbul etməsi heç bir halda real görünmür. Çünki bütün faktorlar manatın məzənnəsinin qorunub saxlanması istiqamətində bir konyuktur imkanlar formalaşdırır. Belə ki, həm tədiyyə balansının profisiti, ticarət saldosunun artıq olması və ən əsası neftin qiymətinin yüksək olması, neftin büdcədə nəzərdə tutulduğundan 60-70 faiz baha satılması bu istiqamətdə zərurəti minimumlaşdırır. Eyni zamanda bunun sosial fəsadları da ola bilər. Inflyasiya riski çox yüksəkdir. Devalvasiya inflyasiya risklərini kəskin şəkildə artıra bilər ki, bu da hökumətə lazım deyil.
Eyni zamanda onu da qeyd etmək lazımdır ki, hökumətin mesajlarından da onu oxumaq olur ki, indiki şərtlər daxilində manatın məzənnəsinin sabit saxlanması cəhdləri davam etdiriləcək. Məsələn, büdcə sənədinə baxmış olsaq, hökumət 2024-cü ildə belə manatın məzənnəsini ABŞ dolları ekvivalentində 1,70 manat götürməklə hesablamalar aparıb. Bu özü də müəyyən mənada hələlik devalvasiya imkanlarını məhdudlaşdırır. Üzən məzənnə rejiminə keçidlə bağlı düşünürəm ki, Azərbaycanda nə bank sektoru, nə vətəndaş, nə biznes, o cümlədən hökumət üzən məzənnə rejiminə hazırdır. Ilk dövrlərdə bu çox ciddi fəsadlara gətirib çıxara bilər. Bu isə öz növbəsində bütün bazar iştirakçıları üçün arzuolunmayan fəaliyyət mühiti formalaşdıracaq. Ona görə də üzən məzənnə rejiminə qısa müddətdə keçid hələlik gözlənilmir. Amma təbii üfüqdə hər zaman yeganə alternativ rejim üzən məzənnə rejimidir.
Sual: Prezident yerli telekanllara son müsahibəsində manatın sabit saxlanması ilə bağlı əvvəllər atılan inzibati addımlara toxunaraq deyib ki, "Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. Amma o addımı biz mütləq atmalı idik. Əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxarmışdı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik". Bu vaxta qədər manatın sabit saxlanması üçün nə qədər vəsait xərclənib? Və ya başqa hansı inzibati metodlardan istifadə olunub?
Cavab: Təbii ki, prezidentin çıxışı müəyyən mənalarda qiymətləndirilməlidir. Ilk növbədə mənim başa düşdüyüm odur ki, artıq növbəti yeni bir bənzər situasiya yaranarsa, prezidentin mesajı ondan ibarətdir ki, hökumət 2015-ci ildə olduğu kimi davranmayacaq, manatın məzənnəsini saxlamaq üçün böyük resurslar xərcləməkdə maraqlı olmayacaq. Doğrusu, son illər manatın məzənnəsinin sabit saxlanması istiqamətində xərclənən vəsait yalnız Dövlət Neft Fondunun bazara çıxardığı valyutadır. 2016-cı ildən etibarən Mərkəzi Bankın strateji valyuta ehtiyyatları qismən artmağa başlayıb. Mərkəzi Bank birbaşa olaraq bazara valyuta intervensiya etmir. Hətta bazardan az da olsa valyuta çıxardığını da demək olar. Sterilizasiya prosesini zəif templə də olsa bəzi vaxtlarda həyata keçirib. Insanlar birmənalı şəkildə bilməlidir ki, manatın məzənnəsinin bu səviyyədə saxlanması üçün hər hansı xərcləmədən söhbət getmir.
O ki qaldı əlavə görülən işlərə, 2015-ci ildən sonra hökumətin məzənnə ilə bağlı davranışları nisbətən dəyişib. Hökumət mümkün qədər qeyri-rəsmi yollarla ölkədən çıxarılan valyutanın müəyyən maraqlar çərçivəsində qarşısını almağa çalışır. Eyni zamanda valyuta transferinin çərçivəsinə müəyyn dəyişikliklər edib. Bəyanetmə məsələsi və eyni zamanda ixracatçılarla bağlı tələblər sərtləşdirildi. Ixracatçılar məhsulu ölkədən çıxardıqdan sonrakı altı ay müddətində həmin məhsulu və onun dəyərini ölkəyə gətirməlidirlər. Bu özü də müəyyən mənada tənzimləyici addımlardan hesab edilir. Digər tərəfdən valyuta bazarının əsas iştirakçılarından olan valyuta dəyişmə məntəqələri bağlanıb və bu yolla müəyyən mərkəzdən idarəetmə sistemi formalaşdırmağa çalışdı. Bu siyasətdən ötən altı il ərzində vaz keçməyib. Iri satışları məhdudlaşdırmaq məqsədi ilə rəsmi gəlirlərin sübutu əsasında valyuta satışı mexanizmi tətbiq etməyə başlanılıb ki, bu da gizli iqtisadiyyatın valyutaya çıxışını müəyyən mənada məhdudlaşdırır. Təbii ki, burda qara bazarın formalaşması kimi faktorlar da var. Amma ümumilikdə bu istiqamətdə valyuta tələbini qismən neytrallaşdıra bilib. Eyni zamanda qeyri-rəsmi tapşırıqlarla ehtiyac olduqda bankların valyuta satışlarına müdaxilə etməklə bu istiqamətdə yaranan psixoloji təzyiqi neytrallaşdırmağa çalışıb.
Sual: İnzibati yollarla manatı nə qədər qoruya bilərlər?
Cavab: Əlbəttə ki, inzibati yollar yalnız dünya bazarında neftin qiymətinin yüksək olduğu dövrlərdə, bazarın özünün təminetmə imkanlarının olduğu dövrlərdə qismən təsiredicidir. Bu davamlı və dayanıqlı mexanizm deyil. Heç bir zaman da bu yanaşma ilə uzunmüddətli valyuta, məzənnə siyasəti həyata keçirmək mümkün deyil. Amma bu günki şərtlər daxilində hökumətin mövcud diktə məzənnə siyasətini davam etdirməsi üçün imkanlar nisbətən daha əlverişliddir. İlk ciddi risklərdə, xüsusilə xarici fluktasiyalarda dünya bazarında neft və qazın qiymətinin kəskin ucuzlaşması hallarında Azərbaycan yeni bir devalvasiya təzyiqi ilə üzləşmiş olacaqdır. Əslində bu istiqamətdə hökumət gecikir. Siyasəti təkmilləşdirməli, manatın məzənnəsini tənzimlənən məzənnə olsa belə mərhələli şəkildə yumşaltmaqla, xüsusən region ölkələrində, əsasən xarici ticarət tərəfdaşlarında baş verən dəyişikliklərə uyğunlaşdırma istiqamətində kiçik də olsa addımlar atmalıdır ki, növbəti ciddi risklərdə, təzyiqlərdə kəskin devalvasiya zərurəti yaranmasın. Eyni zamanda biznes, vətəndaş, bank, hökumət bu prosesi mərhələli şəkildə keçməklə ciddi itkilərlə üzləşməsin.
Sual: Belə anlaşılır ki, manat dəyər itirə bilər.
Cavab: Manatın dəyər itirməsi istənilən halda gözləniləndir. Manat bu gün də real dəyərini itirir. Manat sadəcə ABŞ dollarına münasibətdə nominal dəyərini qoruya bilir. İnflyasiya gedir, ABŞ dollarının özü dəyər itirməkdədir. Bu mərhələli şəkildə manatın dəyərsizləşdirməsi prosesinə aparır. Nominal dəyər itirməyə gəldikdə isə, bu özü də çox böyük təzyiqdir. İstənilən halda manat perspektivdə xarici valyutalar qarşısında dəyər itirə bilər.
Sual: Vəziyyəti normallaşdırmaq üçün çıxış yolları nələrdir?
Cavab: Bir sıra istiqamətlərdə, o cümlədən administrativ, institusional, iqtisadi sahələrdə addımlar atılmalıdır. Mərkəzi Banka güvən gücləndirilməli, müstəqilliyinə inam artırılmalıdır. Hökumət mövcud kommunikasiya imkanlarından daha dürüst istifadə etməlidir. Yəni daha çox informasiya verməlidir. Öz məzənnə siyasətində açıq olmalıdır. İqtisadi faktorlar yenidən gözdən keçirilməlidir. İxrac istiqamətli təşəbbüslərin dəstəklənməsi, yerli istehsalın rəqabətliliyinin artırılması, neftdən asılılığın minimuma endirilməsi əsas tələblər olmalıdır. Həmçinin maliyyə-bank sektorunda bir sıra addımlar atılmalıdır. O cümlədən manatla əmanətlərin və depozitlərin qorunması mexanizmləri daha da gücləndirilməlidir.
Xəbərin oxunma sayı : 1066
İqtisadiyyat
Xəbərlər
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
-
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı kəskin artıb - RƏQƏMLƏR
-
Zaporojye cəbhəsində kəskin ziddiyyət: Rusiya bir söz deyir, Ukrayna başqa
-
“Ermənistan Aİ-yə üzvlük məsələsində əvvəlcə referendum keçirməlidir” - Rəsmi Moskva
-
ABŞ Venesuelada 63,7 milyard barellik neft ehtiyatlarına çıxış əldə edir - “The Washington Post“
-
Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video
-
İnternet axşamlar niyə zəifləyir? - Sürəti artırmaq üçün sadə üsullar
-
Avropa liderləri Əbu-Dabi danışıqlarına qatılır - Fransadan açıqlama
-
Bakıda “QAZ-3110“la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı
-
Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
-
Yeməkdən sonra yuxulamağın səbəbi bəlli oldu - Bu qidaları azaldın
-
Hansı rayonlara qar yağır? - Faktiki hava açıqlandı
-
Arvadına xəyanət edən milyarder dünyanın gündəmində - Ermənistanda milyardlarla dollarlıq layihə!
-
Türkiyə XİN Azərbaycanı belə təbrik etdi - FOTO
-
“Ya tələblərimizi qəbul edin, ya da cəhənnəm atəşinə şahid olun” - Abbas Əraqçi
-
Azərbaycanda 2,2 milyardlıq turist xərcləri - Ən böyük pay bu ölkənindir
-
Moldova Rusiya qazından tamamilə imtina edib - Sandu
-
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
-
İrana qarşı “Dəmir Qapı” əməliyyatı tam qüvvədədir - Tramp
-
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO
-
“Eşq olsun Azərbaycan Bayrağına!” - VİDEO
-
Azərbaycanda Dövlət Bayrağı Günüdür
-
Bakıda Zəfər Günü konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb - Fotolar
-
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - FOTOLAR
-
Xankəndidə Prezidentin adından ziyafət verildi - FOTOLAR
-
“Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin“ - İlham Əliyev
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO/FOTO
-
Şuşadan liderlərin səmimi görüntüləri - FOTOLAR
-
“İngilis dili öyrənmək Qərbə təslim olmaqdır” - İLGİNC AÇIQLAMA
-
Bakı və Abşeron yarımadasında hava - yağış yağacaq, şimşək çaxacaq
-
Hər kəs xeyirli hesab edir: ən riskli ət növü açıqlandı
-
Ərdoğan Azərbaycana gəldi - Əliyev Füzulidə qarşıladı - Video
-
“Xankəndidə də Zəfər Muzeyi olacaq“ - İlham Əliyev
-
“Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!“ - Türkiyə MMN
-
Dünyanın nüvə arsenalı açıqlanıb – Çin, Hindistan və Pakistan ehtiyatlarını artırıb
-
“Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi“ - İlham Əliyev
-
İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi - FOTOLAR
-
Qəbir yerlərini rezervasiya edənləri böyük məbləğdə cərimə gözləyir - VİDEO
-
Prezident xalqa müraciət etdi - VİDEO/FOTOLAR
-
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü - FOTOLAR
-
Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar - Mətbuat Şurası
-
“Biz həmişə Azərbaycanın yanındayıq“ - Məhəmməd Şahbaz Şərif
-
Türkiyə XİN-dən Azərbaycana təbrik - FOTO
-
Postmüharibə dövründə şəhid ailələrinə göstərilən xidmətlərin sayı AÇIQLANDI
-
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət etdilər - Fotolar
-
“Toretto“ restoranının fəaliyyətindən narazılıq var - VİDEO
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Beyləqanda Zəfər Günü qeyd edildi - FOTOLAR
-
Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım etdi - FOTO
-
Şuşanın azad olunmasından 6 il ötür
-
Bu gün Azərbaycanda Zəfər Günüdür
-
Küləkli hava ilə bağlı gəmilərə - Xəbərdarlıq
-
“Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb“ - Simonyan
-
DTX-dan Zəfər Günü ilə bağlı - Videoçarx
-
“Trampın təklifi təhlükəli ola bilər“ - Zelenski
-
Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli həbs edildi
-
Bu gün general olan hərbçilər kimlərdir? - FOTOLAR
-
Prezident Ağdamda zeytun ağacı əkdi - FOTOLAR
-
Ərdoğan Əliyevi təbrik etdi - “Sarsılmaz dostluq və qardaşlıq tellərimiz...
-
Metronun iş rejimi dəyişdirilir - 4 günlük
-
DİN Zəfər Günü ilə bağlı videoçarx yaydı - Video
-
Prezident onlara ali hərbi rütbələr verdi - Adlar
-
Sevdiyi qıza görə cinayət törədən məktəbliyə - Bu cəza verildi
-
Mübahisə bıçaqlanma ilə bitdi: Hər ikisi xəstəxanalıq oldu
-
Prezident Ağdam rayonunda açılışlarda iştirak etdi - FOTOLAR
-
Azərbaycanda maşın almaq asanlaşacaq - AÇIQLAMA
-
Mehdiyev Həbibbəyliyə də vəzifə verəcəkdi? - AMEA açıqlama yaydı
-
İlham Əliyev Xankəndi Stadionunun açılışında - FOTO
-
ABŞ-dan İrana qarşı şok addım -Nüvə proqramı üçün 20 milyon dollar
-
Prezident yeni binaların təməlqoyma mərasimlərində - FOTOLAR
-
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində – Fotolar
-
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açıldı - Fotolar
-
Seçki məğlubiyyəti Ağ Evi silkələdi: Tramp kadr dəyişikliklərinə hazırlaşır
-
XİN TRIPP-lə bağlı birgə bəyanatı açıqladı – Üç ölkə razılığa gəldi
-
Görmə məsafəsi məhdudlaşacaq – Sürücülərin nəzərinə!
-
Prezident Şuşa Peşə Təhsili Mərkəzinin açılışında - Fotolar
-
Tbilisi prospektində qaçan inək sürücülərə çətin anlar yaşatdı - Video
-
ABŞ seçkilərin nəticələrinə görə 3 trilyon dollar itirib - Tramp
-
Prezident postunu itirdi - Ev dustaqlığına alındı
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - VİDEO
-
Türkiyənin 34 vilayətində əməliyyat: 90 nəfər həbs olundu
-
Məcburi köçkün tərəfindən zəbt edilən mənzilin başqasına satıldığı iddia olunur - VİDEO
-
Biz cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq - Prezident
-
Xalq artistindən Təranə Qumralın qızına tərif: “Nəhayət!” - VİDEO
-
Azərbaycanlı turistlər hansı ölkədə nə qədər pul xərcləyiblər? - SİYAHI
-
Prezidentlə xanımı Zəngilanda sakinlərlə görüşdü - FOTOLAR
-
Vergi Məcəlləsinə yeni təklif - “İkinci əl” bazarına necə təsir edəcək?
-
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
-
ABŞ-ın təzyiqi Türkiyəni geri çəkilməyə məcbur etdi: Böyük layihə donduruldu
-
Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışı olub - Fotolar
-
Turizm sahəsində ən yaxşı ölkələr hansılardır? - 110 ölkənin siyahısı
-
Azərbaycanda nadir xəstəliklərin dərmanı tapılmır - Nazir müavini səbəbi açıqladı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
Zəfər Günü Bakının bu küçələrində məhdudiyyət olacaq - SİYAHI
-
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
-
Prezident və xanımı Cəbrayıl rayonunun Soltanlı kəndində açılışda iştirak ediblər - FOTO
-
Fərəcovun 11 illik Sumqayıt sərgüşətləri - 6 mindən çox işaxtaran, milyonlarla manatlıq abadlıq
-
Qazlı içkilərə və çipslərə aksiz tətbiq olunacaq - Səbəbi açıqlandı
-
“Azərbaycanda inflyasiya nəzarətdədir“ - Sahil Babayev
-
24 il sonra həbs edildi - Baş Prokurorluq və DİN məlumat yaydı
-
Paytaxtda 37 milyon manatlıq torpaq - Onun alıcısı kimdir?
-
Məktəblərdə adambaşına maliyyələşmə başlayır - Nazir AÇIQLADI
-
Yas mərasimindəki mübahisə qanlı sonluqla bitdi – Məhkəmənin hökmü
-
Ayxan Abbasov milliyə 27 futbolçu çağırdı - Mezzotero da var
-
Qazlı içkilərə və çipslərə aksiz tətbiq olunacaq – Səbəbi açıqlandı
TOP 10
ARXİV






