Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Sabiq deputatdan Emin Əmrullayevə ağır ittihamlar: Təhsil İnstitutunda korrupsiya bataqlığı…

Tarix 15.11.25, 15:43

Font ölçüsü : - / +
bitmap-img6


Elm və təhsil naziri Emin Əmrullayevin növbəti çıxışı tənqid hədəfi olub. Sabiq millət vəkili, təhsil eksperti Etibar Əliyev nazirin ünvanına sərt ittihamlar səsləndirib...

AzFakt.com xəbər verir ki, naziri hərdəmxəyal adlandıran eks-deputat öz sosial media hesabından bunları yazıb:

“Emin Əmrullayev AMEA-nın 80 illik Yubileyində çıxışının bir hissəsində deyir ki, elmi məqalə yazmaq elmdə formal xarakter daşıyır. Çıxışının digər hissəsində isə alimləri təbrik edir ki, Azərbaycan elmi məqalələrin sayına görə Postsovet məkanına daxil olan ölkələr içərisində xeyli irəliləyib.

3-4 il bundan əvvəl deyirdi ki, Ali məktəblərə tələbə qəbulunun sayını kəskin artırmaq lazımdır.  Ali məktəblərdə 150-200 bal toplayan tələbə əlindən tərpənmək mümkün deyil. İndi də deyir ki, tələbə sayını azaldıb keyfiyyəti artırmaq lazımdır.

Bu adam 3 ildən çoxdur ki, Bakı şəhəri üzrə Təhsil idarəsinə müdir vəzifəsinə kadr tapa bilmir. Bakı məktəblərinin tabe olduğu qurumda xaos hökm sürür.

Bilərəkdən belə vəziyyət yaradıb”.

Etibar Əliyev daha sonra nazirin yeni təyinatlarına da münasibət bildirib:

“Təhsilin İnkişafı Fondunu da “ağ günə” çıxartdı.  Ağsu rayonunda “Azqranata” MMC-də maliyyə departamentinin direktoru vəzifəsində işləmiş İlqar Bayramlını  Təhsilin İnkişafı Fondunun İdarə Heyətinə sədr əvəzi təyin etdi.

Əli Həsənovun pul ortağı (Kaspi liseyində) Elnur Əliyev isə böyük ənənəsi olan Təhsil İnstitutunu korrupsya yuvasına çevirib. Orada tam anarxiya hökm sürür…

Missiya artıqlaması ilə həyata keçirilir”.

Yazıda adı keçən şəxslərin mövqeyini yayınlamağa hazırıq.



Xəbərin oxunma sayı : 241




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap