| |
|
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Pirallahıda DOST işçiləri MİS-ə transfer olunur - Maraqlı təfərrüat…
Türkiyə -““Böyük İsrail” savaşı - Azərbaycan nə etməlidir?
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri
Qaradağ rayonunda qanunsuz daş karxanaları - Başçının müavini himayə edir?
Bir qrup adam ölkəyə gizli yolla mal gətirir - Şəbəkənin başında kimlər dayanır?
Verginin azaldılması kirayə bazarına necə təsir göstərəcək? - Açıqlama
Tarix 15.11.25, 14:56 |
|
Azərbaycanda gələn ildən fiziki şəxslər üçün kirayə haqları üzrə gəlir vergisinin dərəcəsi 14 faizdən 10 faizə endiriləcəyi gözlənilir.
Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb. Yeni yanaşma fiziki şəxslərin vergi yükünün azaldılması, eləcə də kirayə bazarının stimullaşdırılması məqsədi daşıyır.
Vergi dərəcəsinin azaldılması kirayə bazarının ümumi inkişafına və dövlət büdcəsinə necə təsir göstərəcək?
Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov AZƏRTAC-a bildirib ki, kirayə üzrə gəlir vergisinin endirilməsi müsbət haldır. Onun sözlərinə görə, bu, bütün hallarda vergidən yayınmanın qarşısının alınması məqsədi daşıyır.
"Aparılan monitorinqlər göstərir ki, bu sahədən büdcəyə daxilolmaların həcmi çox deyil. Xüsusən də nəzarət mexanizmlərinin təkmilləşdirilməsi də vacibdir. Bu kontekstdən gəlir vergisinin 14 faizdən 10 faizə endirilməsində məqsəd həm bu sahənin "ağardılmasına”, həm də dövlət büdcəsinə həmin mənbədən daha çox vəsaitin daxil olmasına nail olmaqdan ibarətdir. Nəticə etibarilə digər ölkələrin də təcrübəsi göstərir ki, kirayə vergiləri bütövlükdə gəlir vergilərində vergi növlərindən biridir. Ona görə də bu istiqamətdə şəffaflıq, kirayə müqavilələrinin sayının artırılması əsas səbəblərdəndir. Bütün bunlarla yanaşı, eyni zamanda, biz kirayə üzrə gəlir vergisinin daha da azaldılmasını təklif edirik", - deyə o qeyd edib.
V.Bayramov əlavə edib ki, digər ölkələrin təcrübəsinə görə, kirayə sektorunda vergi dərəcələrinin aşağı olması kirayə müqavilələrinə marağı artırır: "Bu da həmin mənbədən dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan verir. Təbii ki, kirayə üzrə gəlir vergisi dərəcələrinin azaldılması təqdirəlayiqdir. Gözlənilir ki, bu addım həmin sahədə kirayə müqavilələrinin sayının artmasına və büdcəyə daha çox vəsaitin daxil olmasına imkan yaradacaq".
Gəlir vergisinin ödənməsi bundan sonra necə tənzimlənəcək və bu məsələnin rəsmi qaydada aparılması üçün hansı addımların atılması gözlənilir?
Dövlət Vergi Xidmətindən bildirilib ki, vətəndaşlar tərəfindən mənzillərin kirayəyə verilməsi əməliyyatları vergiyə cəlb edilən əməliyyatlar olsa da, bu sahədə qeyri-rəsmi əməliyyatların mövcudluğu davam edir.
"Əməliyyatların rəsmiləşməsi üçün sadə inzibatçılıq və aşağı vergi yükü təşviqedici amil kimi çıxış edir. 2025-ci il yanvarın 1-dən etibarən kirayə gəliri əldə edən vətəndaşlara özləri vergi orqanında uçota alınmadan agent şəxs (hüquqi və ya fiziki şəxs) müəyyən etməklə öz vergi öhdəliklərini yerinə yetirilmək vəzifəsini həmin şəxslərə həvalə etmək hüququ verilib. Kirayə gəlirlərindən vergilərin bəyan olunması və ödənilməsi üzrə inzibatçılığın sadələşdirilməsi kontekstində növbəti addım kirayə gəlirləri üzrə vergi yükünün azaldılmasıdır.
Qanunvericiliyin qüvvədə olan müddəalarına əsasən, fiziki şəxslərə məxsus daşınmaz əmlakın icarəyə (kirayəyə) verilməsindən əldə olunan gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlir olmaqla xərclər çıxılmadan 14 faiz dərəcə ilə vergiyə cəlb edilir. Kirayə bazarı üzrə "ağarmaya” və könüllü əməletməyə nail olunmaq məqsədilə fiziki şəxslərə məxsus olan yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan kirayə haqları üzrə vergi dərəcəsinin optimallaşdırılaraq 14 faizdən 10 faizə endirilməsi nəzərdə tutulur. Daşınmaz əmlakların sahibkarlıq fəaliyyəti ilə bağlı icarəyə verilməsindən əldə olunan gəlirlər üzrə isə mövcud qaydada 14 faiz dərəcə ilə vergilənmə davam etdirilir", - deyə qurumdan bildirilib.
Vergi dərəcəsinin azalması kirayə bazarında qiymətlərin dəyişməsinə səbəb ola bilərmi, həmçinin bu yenilik ev sahibləri və kirayəçilər üçün bazarda hansı müsbət təsirləri yarada bilər?
İqtisadçı ekspert Xalid Kərimli açıqlamasında bildirib ki, Vergi Məcəlləsində kirayə vergisi üzrə vergi yükünün azaldılması sahəsində hökumətin atdığı bu addım müsbət haldır. O vurğulayıb ki, hazırda həm kirayədən, həm də icarədən 14 faiz vergi tutulur və dəyişikliklər təsdiq olunarsa 2026-cı il yanvarın 1-dən etibarən icarə anlayışı kirayə anlayışından fərqləndiriləcək və fiziki şəxslər arasında mənzilin kirayə verilməsi ilə əlaqədar vergi yükü azalacaq.
"Hökumətin əsas məqsədi ondan ibarətdir ki, insanların vergi yükü azalsın. Eləcə də fiziki şəxslər arasında kirayə məsələsində vergidən yayınma halları azalmış olsun. Fiziki şəxslər vergidən yayınmaq üçün öz aralarında qeyri-formal münasibət yaradaraq rəsmiləşdirilmə aparılmadan, vergi bəyan etmədən kirayə müqaviləsi bağlayırdılar. Artıq hökumət də bu sahədə nəzarəti artıracaq. Burada əsas məqsəd kirayə müqavilələrinin rəsmiləşdirilməsini təmin etmək, vergidən yayınma hallarının qarşısını almaqdır. Təbii ki, bütün bunlar kirayə bazarında şəffaflığın artırılması, vergi yığımının stimullaşdırılması ilə nəticələnəcək”, - deyə o qeyd edib.
X.Kərimli əlavə edib ki, digər bir əsas məqsəd əhalinin Vergi Məcəlləsinə daha yaxşı riayət etməsi üçün iqtisadi stimulun yaradılmasıdır: "Bu dəyişiklik daşınmaz əmlak bazarında gəlirlərin leqallaşmasına gətirib çıxaracaq. Vətəndaşlar artıq kirayə mənzillərindən qazandıqları gəlirləri də rəsmi gəlir kimi göstərə biləcəklər”.
Ekspert vurğulayıb ki, vergi yükünün azaldılması ilə bağlı hökumətin həyata keçirdiyi proqressiv tədbirlər 2026-cı ildə qiymətlərə həlledici təsir etməyəcək. Onun sözlərinə görə, yalnız şəffaflaşmadan sonra verginin bazara təsiri haqqında danışmaq olar.
"Çünki kirayə bazarında şəffaflaşmaya 2026-cı ildə start veriləcək. Bir çox vətəndaş vergidən yayındığına görə, faktiki olaraq bu, ya əmlak bazarında kirayə qiymətlərinin bahalaşması hesabına, ya da kirayə verənlərin gəlirlərinin azalması hesabına kompensasiya oluna bilər. Bu, həm də kirayə bazarında formalaşan tələb-təkliflə əlaqədar məsələlərdən asılı olacaq. Hazırda kirayədən gələn gəlirin ümumi kirayə bazarının neçə faizini təşkil etdiyinə dair rəsmi məlumatlar olmadığına, həmçinin atılacaq addımların bu bazara necə təsir edəcəyinə dair proqnozlar mövcud olmadığına görə kirayə vergisinin optimallaşdırılmasının bazara təsiri haqqında danışmaq hələ tezdir”, - deyə X.Kərimli qeyd edib.
Kirayə müqaviləsi bağlanarkən vergi orqanlarına məlumat verilməzsə hansı məsuliyyət tədbirləri tətbiq oluna bilər?
Vəkil Roman Qaraşov bildirib ki, kirayə müqaviləsi bağlanarkən bu barədə vergi orqanlarına məlumat verilməməsi, yəni kirayə gəlirinin bəyan edilməməsi, İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsinə əsasən vergidən yayınma kimi qiymətləndirilir və inzibati məsuliyyət yaradır. O qeyd edib ki, bu maddəyə görə, az miqdarda – yəni 50 min manatdan yuxarı olmayan məbləğdə vergilərin və ya sığorta haqlarının ödənilməsindən yayınma halında, şəxsə vergidən yayınmış məbləğin 30 faizindən 70 faizinədək cərimə tətbiq edilir.
"Başqa sözlə, kirayə gəliri bəyan edilmədikdə və dövlət büdcəsinə ödənilməli vergi tutulmadıqda, həmin məbləğin üçdəbiri ilə təxminən üçdə ikisi arasında maliyyə sanksiyası tətbiq oluna bilər. Bununla yanaşı, qanunvericilikdə müəyyən edilmiş mühüm bir güzəşt də mövcuddur: Əgər şəxs bu əməli ilk dəfə törədibsə və vergidən yayınma nəticəsində yaranmış zərəri tam şəkildə (yəni ödənilməli olan vergi və sığorta haqlarını) ödəyərsə, o, inzibati məsuliyyətdən tam azad olunur. Bu norma həm vergi intizamını təmin etmək, həm də vergi ödəyicilərinə könüllü şəkildə öhdəliklərini yerinə yetirmək üçün əlavə stimul yaratmaq məqsədi daşıyır. Nəticə etibarilə kirayə gəlirlərinin vaxtında və düzgün bəyan olunması həm hüquqi məsuliyyət riskini aradan qaldırır, həm də dövlətlə vergi ödəyicisi arasında qarşılıqlı etimadın və şəffaf münasibətlərin formalaşmasına xidmət edir”, - deyə vəkil diqqətə çatdırıb.
Onun fikrincə, bu qərarın məqsədi yalnız vergi yükünü azaltmaq deyil, həm də icarə münasibətlərinin leqallaşdırılması, vergi bazasının genişləndirilməsi və vergi intizamının gücləndirilməsidir.
"Yüksək vergi dərəcələri uzun illər ərzində icarə gəlirlərinin bəyan edilməməsinə, yəni qeyri-rəsmi münasibətlərin genişlənməsinə səbəb olmuşdu. 10 faizlik dərəcə bu istiqamətdə könüllü bəyanetmə motivasiyasını artıracaq və vergi ödəyicilərinin rəsmi leqallaşmaya meylini gücləndirəcək. Bu yanaşma iqtisadi nəzəriyyədə "Laffer effekti” ilə izah olunur. Yəni vergi dərəcəsinin azaldılması bəzi hallarda dövlətin ümumi gəlirlərinin azalmasına deyil, vergi bazasının genişlənməsi nəticəsində artmasına gətirib çıxarır. Ev sahibləri üçün bu qərar həm psixoloji, həm də hüquqi baxımdan rahatlıq yaradır. Onlar artıq yüksək dərəcə səbəbindən qeyri-rəsmi fəaliyyətə meyilli olmayacaq, rəsmi müqavilələr bağlamaqla həm öz hüquqlarını qoruyacaq, həm də gəlirlərini legitim əsasda əldə edəcəklər. Bu, mülki münasibətlərdə hüquqi müəyyənliyi gücləndirəcək və uzunmüddətli icarə əlaqələrinin sabitliyini təmin edəcək. Həmçinin kirayəçilər üçün də dəyişiklik bazarda qiymət sabitliyinə müsbət təsir edəcək. Bu baxımdan qiymət artımı tempinin zəifləməsi və bazar likvidliyinin yüksəlməsi mümkündür. Təbii ki, bu proses bazar strukturundan və inflyasiya təzyiqlərindən asılı olaraq fərqli formalarda təzahür edəcək”, - deyə o bildirib.
R.Qaraşov əlavə edib ki, makroiqtisadi planda bu, daşınmaz əmlak bazarında hüquqi etimadı və institusional sabitliyi də möhkəmləndirəcək: "Xarici təcrübə göstərir ki, oxşar mexanizmlər digər ölkələrdə də uğurlu nəticə verib. Məsələn, Polşada 2022-ci ildən fiziki şəxslərin icarə gəlirlərinə 8,5–12,5 faiz arası sadələşdirilmiş dərəcə tətbiq edildikdən sonra qeyri-rəsmi icarə müqavilələrinin payı 30 faizdən çox azalıb. Estoniyada bu siyasət nəticəsində kirayə gəlirlərinin 70 faizdən çoxu rəsmi uçota düşüb. Litvada və Macarıstanda isə oxşar vergi stimulları icarə bazarının şəffaflığını və dövlət büdcəsinə daxilolmaları əhəmiyyətli dərəcədə artırıb. Bu kontekstdə Azərbaycan üçün də bu addım həm sosial ədalət, həm də iqtisadi dayanıqlılıq baxımından əhəmiyyətli nəticələr doğura bilər. Ümumiyyətlə, 10 faizlik vergi dərəcəsi balanslaşdırılmış qərardır - bir tərəfdən bazar iştirakçılarını leqallaşmaya təşviq edir, digər tərəfdən isə dövlətin fiskal sabitliyini qoruyur”.
Xəbərin oxunma sayı : 166
Sosial
Xəbərlər
-
Verginin azaldılması kirayə bazarına necə təsir göstərəcək? - Açıqlama
-
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu - FOTO
-
Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
-
Hindistan bu helikopterləri ala bilmədi - Türkiyə icazə vermədi
-
İlham Əliyev Özbəkistanda səfərdədir - FOTOLAR
-
Sevgilisinin kartından yemək sifariş etdi, məhkəməlik oldu
-
Azərbaycanda süni intellekt aparıcı efirə çıxacaq - VİDEO
-
Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Fələstinə humanitar yardım göstərməyə davam edəcəyik - İlham Əliyev
-
ABŞ “Lukoyl” şirkətinə möhlət verdi - Bu tarixədək
-
“Baxmırlar haqlısan, ya yox, işdən çıxarırlar“ - “Bolt“ şirkəti kuryeri niyə cəzalandırdı?
-
Ermənistanda 10 yeni məscid tikiləcək - Ərdoğan sayəsində
-
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
-
Bakıda ana azyaşlı qızına işgəncə verdi - TƏFƏRRÜAT
-
Paytaxtda nəzarətsiz qalan yol: Keçənlər təngə gəlirlər
-
Sosial şəbəkələrdə qadınları şantaj edənləri hansı cəza gözləyir? - VİDEO
-
“Bu ölkə ilə bağlı qərar qəbul etmişəm” - Tramp
-
Vatsap bu telefonlarda işləməyəcək - SİYAHI
-
Zəngilan və Ağdamın kəndlərinə növbəti köç - FOTOLAR
-
Müdafiə Nazirliyinin manqa komandiri dələduzluğa məruz qalıb - TƏFƏRRÜAT
-
Azərbaycandan keçməklə Avropaya aparılan 90 milyonluq heroin aşkarlandı - Fotolar
-
Gözəllik salonlarında lisenziyasız işləyən lazer epilyasiyası xidmətləri: Problem həllini tapmayıb
-
Yasamalda obyekt tikmək məqsədilə yaşı bir əsr olan binanın zirzəmisi qazılıb - VİDEO
-
Baş İdarə əməliyyat keçirib - Saxlanılanlar var
-
Son günlər uşaqlar arasında yayılan yeni xəstəlik nədir? - VİDEO
-
Elçin Rzayevin sözünə “qulaq asan“ yoxdur - Deputat kəndlinin örüş yerini “azad edəcəkmi?“
-
Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub - VİDEO
-
Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi - Xəstəxanaya yerləşdirilib...
-
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
-
Türkiyə şəhidlərini torpağa tapşırdı... - FOTOLAR
-
“Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayacaq“ - Merts
-
Deputatlar 3 gün ardıcıl iclas keçirəcək, 8 məsələ müzakirəyə çıxarılacaq - SİYAHI
-
Yusif Baqiyev qumarxana şəbəkəsi yaradaraq 171 milyondan çox qazanıb - RƏSMİ
-
Kiçik məktəblilər “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir təşkil edib - FOTO
-
Saleh Məmmədovun idarə rəisi hansı imtiyazlar əldə edərək “Lexus” alıb? - FOTO
-
Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək - TƏFƏRRÜAT
-
9990 və 7770 nömrələrindən gələn zənglər... - DİN araşdırmaya başlayıb
-
Ayda adambaşına 633 manat gəlirimiz olub - Statistika Komitəsi
-
Putin TŞ-nin müşavirəsini keçirib - Lavrov müşavirəyə qatılmayıb
-
Kriştianu Ronaldu dünya çempionatının oyunlarını buraxa bilər - SƏBƏB
-
Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub - STATİSTİKA
-
Ərinin baltalayıb öldürdüyü qadın vəzifəli şəxs imiş - Fotolar
-
“Şərurlu İsfəndiyar“ məhkəmədə: “Yaşımla əlaqədar hiddətlənib bir-iki cümlə demişəm“
-
DİN və AQTA-dan birgə əməliyyat: 2 ton yararsız ət aşkarlandı - Video
-
Nazir Biləsuvarda vətəndaşları qəbul etdi - Fotolar
-
Zelenski İlham Əliyevə zəng edib - Səfirliyimizə edilən hücum barədə danışıblar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Prezident daha bir fərman imzaladı - AYNA ilə bağlı
-
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı
-
“Bakı Metropoliteni“ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
-
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
-
“Azərsilah”ın zavodunda istehsalat qəzası olub - Ölən var
-
“Məlhəm” Hospitalının həkimi Günel Qəmbərova pasiyentləri belə müayinə edir? - VİDEO
-
Novorossiyskdən neft nəqli dayandırıldı - Rusiya Qara dənizdən neft ixrac edə bilmir
-
Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI
-
Türkiyədə cinayətkarlara qarşı əməliyyat - Azərbaycan polisi də məlumatlandırılıb
-
“Xameneiyə hücum rejimi içəridən çökdürə bilər” - Pezeşkian
-
Əli Nağıyev və Orxan Sultanov Xankəndidə iclasda - Fotolar
-
Azərbaycanda orta aylıq əməkhaqqı 10 %-ə yaxın artıb - Rəsmi
-
Sabirabadda qadın qətlə yetirilib - Qardaşı tutulub
-
Mətanət İsgəndərli əməliyyatla belə dəyişdi - FOTOLAR
-
Aqrar sahədə gözləntilər reallaşmır - Büdcə xərcləri artır, amma məhsuldarlıq azalır
-
Şənbə günü bəzi rayonlara leysan yağacaq - PROQNOZ
-
Prezident Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - FOTOLAR
-
“Tramp marşrutu”nun icarəsi ilə bağlı iki ssenarini müzakirə edirik” - Paşinyan
-
Bazarda satılan dana əti basdırmasında at DNT-si aşkarlandı - Fotolar
-
Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayılır - AÇIQLAMA
-
Yararsız gənci əsgərliyə göndərdilər, halı pisləşdi - Həkimlərə cəza
-
Bakı metrosu İstanbul metrosundan məsləhət alır - 586 min manata
-
Kənd təsərrüfatında hədəflərə nail olunmayacaq - Hesablama Palatası
-
Saxta çaylar bazarı bürüyüb - Əsl çayı necə ayırd edək?
-
“Yolu keçərkən qulaqcıqlardan istifadə diqqəti yayındırır” - DYP
-
Bakıda müğənni restoranda sevgilisini döydü - Məhkəməlik oldu
-
Pentaqon Venesualaya qarşı hərbi əməliyyatlara hazırlaşır - KİV
-
5 hakimi təhqir edən şəxs həbs edildi - 10 min təzminat alacaqlar
-
“Üç övladım dərsə getmir, uşaqlarımın haqqını tələb edirəm“ - Kürdəmirdəki məktəbdə nə baş verib?
-
Zəngilanın Ağalı kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
-
DÇ-2026-nın seçmə mərhələsi: Portuqaliya uduzdu, Fransa İngiltərə qalib gəldi
-
İcra başçısı sakinləri məhkəməyə verdi - Kim haqlıdır?
-
Noyabrın 14-ü Beynəlxalq Loqoped Günüdür
-
Yerlərdə insanları narahat edən məsələlər öz həllini tapmalıdır
-
Hər bir rəhbər şəxs üçün əsas meyarlar xalqa xidmət etmək, xalqla bir yerdə olmaqdır
-
Amerikalı reperin həbsxanadan ilk fotosu yayıldı: Tanınmaz hala düşüb
-
Makrondan xəbərdarlıq: “Tezliklə kosmik müharibələr başlayacaq“
-
Sevinc Osmanqızı da Baş Prokurorluğa çağırıldı - VİDEO
-
DÇ-2026-nın seçmə mərhələsi: Azərbaycan İslandiyaya məğlub oldu
-
Türkiyəyə məxsus daha bir təyyarə qəzaya uğradı - Xorvatiyada
-
“Hökumət və parlament inflyasiyanın əsas səbəbkarıdır“ - Pezeşkian
-
Arayikə ömürlük cəza istənildi - Digərlərinə isə... + MƏHKƏMƏ
-
“Deyirdi “əlindən güclə qaçdım” - 9 ildir axtarılan qızın anası
-
TƏBİB-də yoxlama olacaq: Qurum 1,8 milyonluq kənar audit xidməti alır
-
“Saathesabı, yarımştat kimi yox, müəllim tamamilə daimi ştatda olacaq“ - Nazir
-
ABŞ iki Ukrayna şirkətinə sanksiya tətbiq etdi - İrana yardım etdiyinə görə...
-
Horadiz-Ağbənd dəmiryol xəttində layihələndirilmə 85 faiz tamamlanıb - VİDEO
-
Məktəbdə zorakılıq iddiası: “Kəməri çıxarıb bizi bağladı, dərsdən sonra açıb buraxdı“
-
Bakıda eston qızın çantası oğurlandı - “Yellov bag“ dedi, oğru tutuldu
-
Türkiyədə mərc qalmaqalı - 100-dən çox futbolçu cəzalandırıldı
-
“Ermənistan sülhün nə olduğunu bilmir“ - Nikol Paşinyan
-
Şəffaflıq idarəçilik modelinin əsas prioritetidir
-
Bəzi rayonlarda leysan olacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Maliyyə Nazirliyi yanında İctimai Şuraya 7 nəfər üzv seçilib – SİYAHI+FOTO
-
Avtomobilinizi bu şirkətlərdə sığorta edən zaman ehtiyatlı olun - Siyahı
-
Samir Abasov hakimləri söydüyünə görə - Ağır cəza aldı
-
Bakıda eston qızın çantası oğurlandı - “Yellov bag“ dedi, oğru tutuldu
-
“Fransada terror təhlükəsi hələ də yüksəkdir“ - Daxili işlər naziri
-
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Həbsdəki hakimə güzəşt edildi - Şikayəti özü yazmışdı
-
Azyaşlılara aid pornoqrafik videolar satanlar tutuldu - Kiberpolisdən əməliyyat
-
“Premium Bank“da nə baş verir? - Sədr vəzifədən getdi
-
“Özbəkistan Azərbaycan üçün qardaş ölkə, etibarlı müttəfiqdir“ - Prezident İlham Əliyev (MÜSAHİBƏ)
-
Bu il azad edilmiş rayonlarda tikintiyə 3.2 mlrd. manata yaxın vəsait xərclənib - SİYAHI
-
“Naxçıvana uçan təyyarələrin “biznes klası“ı olmur - İşindən çıxarılan Fuad Nəcəfli
-
Mədəniyyət Nazirliyi 248 min manatlıq gül alır - TENDER
-
“Rusiya 2029-2030-cu illərdə Avropada böyük müharibəyə hazırlaşır“ - Zelenski
-
“Aqat”da dana əti adı ilə camış əti verilirmiş - FOTOLAR
-
9 ildir axtarılan Xəyalə öldürülübmüş - Qalıqları tapıldı
-
PA rəhbəri Naxçıvanda - Samir Nuriyev yeni nümayəndəni kollektivə təqdim etdi + FOTO
-
Fuad Cəbrayılov Naftalan icra başçısı olacaq?
-
Məmur-vətəndaş münasibətlərinin mənmunluğu qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir
TOP 10
ARXİV





