Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Mango“da saxta endirim: alıcılar belə aldadılır (Fotolar)

Tarix 13.06.19, 14:56

Font ölçüsü : - / +
bitmap-img6


Alıcılar "Mango" geyim mağazasını fırıldaqçılıqda ittiham edir.

Mağazada bu gündən etibarən 50%-dək endirim elan edilib və demək olar ki, bütün məhsulların üzərində endirim qiyməti öz əksini tapıb. 

Qaynarinfo-ya daxil olan şikayətdə müştəri bildirib ki, "Gənclik Mall"da yerləşən "Mango" mağazasında alacağı məhsulları seçib kassaya yaxınlaşsa da, fərqli mənzərə ilə üzləşib:
 
"Əksər geyimlərin üstünə standart 49.90 AZN endirim qiyməti yapışdırılıb, lakin 70-80 AZN-ə satılır. 85 manatlıq şalvarın üstünə 45 manat qiymət vurulmuşdu, almaq üçün kassaya yaxınlaşdım, lakin geyimin 79 manata satıldığını öyrəndim. Əvvəlcə səhvən belə bir şeyin olduğunu fikirləşsəm də, bu fırıldaqçılığın digər məhsullarda da tətbiq edildiyini başa düşdüm. Hətta endirim edilməyən geyimlərin üstünə aşağı qiymət yapışdırılıb".

Şikayətçinin sözlərinə görə, mağaza işçiləri belə bir şeyin yanlışlıqla baş verdiyini, bəzi məhsullara 5-10% endirim tətbiq edildiyini bildirib və bütün məhsullarda belə bir "səhv"in necə mümkün olduğunu izah etməkdən boyun qaçırıb.

Məsələ ilə bağlı "Mango"nun "Gənclik Mall" filialı ilə əlaqə saxladıq. Mağazanın meneceri Elnur adlı şəxs hazırda məşğul olduğunu və açıqlama verə bilməyəcəyini deyərək dəstəyi asdı.










Xəbərin oxunma sayı : 175




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap