“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Mehriban Əliyevanın davranışları Azərbaycan iqtidarına nüfuz gətirir“ - Deputat

Tarix 06.07.19, 19:42

Font ölçüsü : - / +
bitmap-img6


"Azərbaycanın birinci vitse-prezidenti hörmətli Mehriban xanımın keçmiş prezident Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə xanımın vəfatı ilə bağlı yüksək insanpərvərlik sayıla biləcək davranışı siyasi baxışından və statusundan asılı olmayaraq heç hər şeyin insan münasibətlərindən üstün ola bilməyəcəyi düşüncəsini cəmiyyətə aşılamağa xidmət edir".

AzFakt.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa özünün feysbuk hesabında yazıb.

Millət vəkili qeyd edib ki, birinci vitse-prezident Mehriban Əliyevanın bundan öncə də keçmiş prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatı ilə bağlı atdığı hər cür tərifəlayiq addım kimi, bu davranış da cəmiyyətdə həqiqətən təqdirlə qarşılanır.

Image result for Fazil Mustafa


"Artıq Azərbaycan cəmiyyətində siyasi münasibətlərin gərginliyini azaltmaq zərurəti hamımız düşündürməlidir. Yuxarıda qeyd etdiyim bu iki nümunə insanlarımız üçün ciddi bir düşüncə dəyişiminə çağırış kimi də anlaşıla bilər. Siyasi mübarizənin gərginliyi fonunda bir millətin övladları arasında insanı münazibətlərin zədələnməsinə, dəyərlərin aşılanmasına qətiyyən yol vermək olmaz. Bir çox hallarda bir qrup insanlar hakimiyyətin isti yanaşmadığı keçmiş vəzifəli və ya tanınmış şəxslərin yas mərasimində iştirak etməkdən çəkinirlər. Eyni hal müxalifətdə olan insanların da ağır günlərində müşahidə olunur. İnsanların sevinc və ya kədərinin siyasiləşdirilməsinə qətiyyən yol vermək olmaz. Mehriban xanımın son iki davranışının Azərbaycanda formalaşan bəzi mənfi mentallığın dəyişməsində böyük əhəmiyyəti olacağını düşünürəm. Bu həm də Azərbaycan iqtidarına böyük nüfuz gətirən bəlkə də ən ciddi faktorlardan biri sayıla bilər", - deyə Fazil Mustafa bildirib.

 

Image result for Mehriban Əliyeva yas mərasimi

 

Image result for Mehriban Əliyeva yas mərasimi












Xəbərin oxunma sayı : 460




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap