Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Məni narahat edən futbolçuların uğurlardan çaşmaq ehtimalıdır” – Qurban Qurbanov

Tarix 23.04.18, 3:46

Font ölçüsü : - / +
bitmap-img6


"Öncə futbolçularımı ardıcıl 5-ci dəfə çempion olmaq münasibətilə təbrik edirəm. Bu, hər bir futbolçunun, hər klubun arzusudur. Çətin oyun oldu. Bilirdik ki, "Sumqayıt” bu oyuna ciddi hazırlaşacaq. Oyunçularımda həyəcan var idi, amma bu da normal haldı. Samir Abasov və komandasına uğurlar arzulayıram”.

Aut.az xəbər verir ki, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"ı 1:0 hesabı ilə yendikləri Topaz Premyer Liqasının 24-cü tur matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb...

- Qalan 4 turda heyətdə rotasiya edəcəksinizmi?

- Bütün oyunlara tam heyətlə hazırlaşacağıq. Amma ola bilər ki, hansısa futbolçuya 1-2 oyun şərait yaradım. Elə oyunçular var ki, az da olsa istirahətə ehtiyacı var. Amma qarşıdakı oyunlara tam ciddi hazırlaşacağıq.

- Erkən çempionluq sizin xeyrinizə olacaq, ya ziyanınıza? Nəzərə alsaq ki, qarşıdan avrokuboklar gəlir, komanda formadan düşməyəcək?

- Futbolçularımın bəziləri neçə illərdi ki, fasiləsiz oynayırlar, çempionluqlar əldə edirlər. Məni əsas narahat edən onların fiziki yorğunluqları deyil, loru dildə desək uğurlardan sonra çaşmaq ehtimallarıdır. Səviyyəsindən asılı olmayaraq bütün çempionluqlar hamı üçün şirindi. Mən hər zaman deyirəm ki, uğur qazandıqdan sonra məsuliyyət daha da artır. Bunu hər bir oyunçu da dərk eləsə, inanmıram ki, neqativ nəsə hal yaşansın. Daha əvvəl də bu cür situasiya ilə qarşılaşmışıq.

- Komandanıza ardıcıl 5-ci çempionluqdan sonra "əla” qiymət vermək olar?

- "5”dən artıq qiymət verməyəcəyəm. Hər birini təbrik edirəm, amma əsas məsələ bundan sonrakı proseslərdir. Bu balansı, sabitliyi saxlamağı bacarmalıyıq.

- Çempionlar Liqası haqqında nə düşünürsüz? Yenidən qrupa düşmək mümkün olacaq?

- Reqlamentdəki dəyişikliklərdən sonra çətin olacaq. Amma biz turnirdən əvvəl komandanı tam formalaşdırmağa çalışacağıq və ciddi hazırlıq keçəcəyik.

- ÇL qrupuna düşmək üçün heyət daha güclü olmalıdır. Bu barədə rəhbərliklə indi söhbət edəcəksiz, ya mövsümün sonunu gözləyirsiniz?

- Biz bu hazırlıqları bütün il boyu edirik. Dəfələrlə demişəm ki, mən həmişə istəyirəm ki, komandaya hər il bir və ya iki yeni oyunçu gəlsin. Ehtiyac var və işlər gedir.



Xəbərin oxunma sayı : 220




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap