“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Məni söyməyi bitirəndə, xəbər edin...“ - Yeni deputat Erkin Qədirli

Tarix 11.02.20, 13:31

Font ölçüsü : - / +
bitmap-img6


“Məni söyməyi bitirəndə, xəbər edin, birlikdə işləyək. Sizə lazım olacağam, elə siz də mənə lazım olacaqsınız”. 

Bu sözləri Respublikaçı Alternativ Partiyasının (REAL) yetkilisi Erkin Qədirli bildirib.

Erkin Qədirli fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 16 saylı Yasamal ikinci seçki dairəsindən “ REAL Cümhuriyyətçilər” blokunun namizədi olub. Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı nəticələrə görə 35.6 faiz səslə qalib gəlib.

Seçkidən sonra mətbuat konfransı keçirərək halal qazandığını deyən Erkin Qədirli mandatdan imtina etməyəcəyini bildirib.

Bundan əvvəl isə hansı hallarda mandatdan imtina edəcəyini açıqlamışdı: “Dedi-qodulara deyil, ölçüləbilən nəsnələrə birlikdə baxarıq. İndidən bildirirəm ki, deputat seçilməyim aşağıdakı hallardan birinin baş verməsi fonunda elan olunarsa, deputatlığımdan imtina edəcəyəm:

1) ATƏT-in mənfi rəyi;

2) dairəmdə karusel və/və ya bülletendoldurma;

3) dairəmdə yerləşən iki hərbi hissədə olan (seçki dislokasiyaları dəyişdirilməsə) şəxsi heyətinin səslərinin mənim xeyrimə yazılması;

4) protokollardakı nəticələrin mənim xeyrimə saxtalaşdırılması”.

İndi ictimai-siyasi seqmentin müxalif kəsimi onu vədinə xilaf çıxmaqda ittiham edir.

Erkin Qədirli isə təhqirlərə önəm vermədiyini deyir: “Söyüşlərinizə önəm vermirəm. Məni söyməyinizə baxmayaraq, mənimlə rahat ünsiyyət saxlaya bilərsiniz, çünki bundan sonra mənim sizə vəzifə borcum olacaq. Qarşıda çoxlu iş var. Yaxşı işlər yavaş görülür”.

Yenisabah.az



Xəbərin oxunma sayı : 1033




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap