“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Məni sarsıtmaq üçün qəsd təşkil ediblər” - Tramp Obamanı “duelə” çağırdı

Tarix 15.05.20, 23:49

Font ölçüsü : - / +
bitmap-img6


Prezident Donald Tramp özündən əvvəlki prezident Barak Obamanı Konqres qarşısında ifadə verməyə çağırıb. Trampın qəsd nəzəriyyəsinə görə keçmiş prezident və təhlükəsizlik rəsmiləri onun prezidentliyini sarsıtmaq məqsədilə qəsd təşkil ediblər.

Mayın 14-də yazdığı tvitdə Tramp bildirir ki, onun seçki kampaniyasının Rusiya iləəlaqələrinə dair təhqiqat barədə ifadə verəcək birinci şəxs Obama olmalıdır.

Tramp Senatın qüdrətli Ədliyyə Komitəsinin sədri və onun ən sədaqətli respublikaçı müttəfiqi olan Lindsey Qrahamı bu addımı atmağa çağırıb.

Bu həftə məxfiliyi qaldırılmış sənədlərdən vitse-prezident Co Bayden də daxil Obama administrasiyası rəsmilərinin Mixail Filinin kimliyini 2016 və 2017-ci illərə aid hesabatlardan öyrəndikləri məlum olduqdan sonra Tramp və respublikaçılar seçkiqabağı hücumlarını genişləndiriblər. Kimliyin açıqlanması adı prosedur hərəkəti olsa da, Tramp bu məsələni öz prezidentliyinə qarşı qəsd kimi şişirtməyəçalışır.

Əks-hücum

Trampın haqqında danışdığı sənədlər göstərir ki, yüksək vəzifəli kəşfiyyat rəsmiləri Obama administrasiyasının dəstəyi ilə Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Filinin Rusiya səfiri iləəlaqələri barədə yalanını tutmaq üçün onu ilişdriməyəçalışıblar. Bu hadisə Trampın inaqurasiyasından bir neçə həftəəvvəl baş verib.

Bu ayın əvvəllərində açıqlanmış başqa sənədlər də göstərib ki, Obama administrasiyasının və FTB rəhbərliyinin Tramp administrasiyası ilə Rusiya arasında sövdələşməyə dair dəlilləri olmayıb.

Buna baxmayaraq sonradan Filinin Rusiya səfiri iləəlaqələri barədə xəbərlərin sızması Konqresin Tramp kampaniyasının Rusiya ilə bağlarının araşdırılmasına dəstəyini təmin edib.

İki il davam edən bu təhqiqat Tramp prezidentliyinin yarısına kölgə salıb.


Bu təhqiqatı aparan xüsusi prokuror Robert Müller belə bir nəticəyə gəlib ki, Rusiya ABŞ seçkisinə müdaxilə edib, amma Tramp kampaniyası və Rusiya arasında sövdələşməni göstərən inandırıcı dəlillər yoxdur.

Ədliyyə Nazirliyi Filin qarşı cinayət işinə xitam verilməsi məsələsinə baxır. Filinin FTB-yə yalan ifadə verdiyini etiraf etsə də, bildirib ki, onun dindirilməsi “legitim təhqiqat əsasında” aparılmayıb. Filin 2017-ci ilin fevralında, milli təhlükəsizlik müşaviri vəzifəsini heç bir ay da icra etmədən, vitse-prezident Mayk Pensə yalan məlumat verdiyinə görə işdən çıxarılıb.

Tramp yazılmamış qanunu pozur

Trampın Obamanın ifadə verməsinə çağırması Vaşinqtonun yazılmamış qanunlarından birini pozur. Bu qaydaya görə indiki prezident özündən əvvəlki prezidenti araşdırmamalıdır.

Lakin hazırda Trampın olduqca mürəkkəb durumda olması nəzərə alınmalıdır. O altı aydan sonra keçiriləcək prezident seçkisində təkrar seçilməyə can atır, amma reytinqi koronavirusun sürətlə yayılmasına görə xeyli düşüb.

Koronavirus ABŞ-da çox sayda insanın ölümünə və misli görünməmiş işsizliyə səbəb olub. Belə görünür ki, Tramp noyabr seçkisində demokrat namizəd Baydenləüzləşməli olacaq.

Tramp indi Rusiya təhqiqatının qanuniliyi məsələsini qaldırmaqla, “Obamageyt” adlandırdığı qalmaqaldan Baydenə qarşı silah kimi istifadə etməyəçalışır. (azadlıq.org)





Xəbərin oxunma sayı : 703




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap