Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Messinin dediklərindən dəhşətə gəldim” – Narazılıq böyüyür

Tarix 08.02.20, 19:10

Font ölçüsü : - / +
bitmap-img6


Bolqarıstan millisinin sabiq futbolçusu Dimitar Berbatov Lionel Messinin “Barselona”nın idman direktoru Erik Abidal barəsində dediklərinə münasibət bildirib.

Qol.az “As” nəşrinə istinadən xəbər verir ki, o, argentinalı futbolçunun fikirlərindən narazı qalıb:

“Messi kirli paltarları klubun daxilində saxlamalıdır. Bütün böyük klublarda fikir ayrılığı olur. Amma futbolçudan tutmuş rəhbərliyə kimi hamı bilməlidir ki, bir komanda üçün oynayırlar. Fikir ayrılığı klubdan kənara çıxmamalıdır. Mən Abidalla “Monako”da oynamışam. Messinin bu həftə onu belə açıq formada tənqid etməsindən dəhşətə gəldim. O, jurnalistlər üçün işlədi.  Messi “Barselona” üçün elə vacib futbolçudur ki, sanki  bütün komandadır. Futbolçuların hakimiyyəti çoxdur. Ümid edirəm ki, Messi və Abidal fikir ayrılığını tezliklə aradan qaldıracaq”.

Nə baş verib?

Xatırladaq k, E.Abidal istefaya göndərilən Ernesto Valverdenin dönəmində komandanın oyununu tənqid edib. O, həmin vaxtda futbolçuların xoşbəxt olmadıqlarını və yetəri qədər çalışmadıqlarını bildirib. Klub rəsmisi hətta baş məşqçi ilə oyunçular arasında ünsiyyət problemi olduğunu da söyləyib.

Buna cavab olaraq Messi "İnstaqram" hesabında bununla bağlı yazıb: "Belə şeyləri sevmirəm. Hər kəs öz işinin məsuliyyətini bilməli və buna görə davranmalıdır. Futbolçular meydanda baş verənlərə görə məsuliyyət daşıyırlar. Yaxşı oynamadığımız zaman bunu ilk biz etiraf edirik. Əgər futbolçular haqqında danışırsansa, ad çəkməlisən, əks təqdirdə, hamının üzərinə kölgə salacaqsan".



Xəbərin oxunma sayı : 697




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap