“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Meydan TV” ilə əməkdaşlıq edən jurnalistlər saxlanılıb - Bu maddə ilə ittiham edilirlər

Tarix 07.12.24, 11:48

Font ölçüsü : - / +
bitmap-img6


“Meydan TV” ilə əməkdaşlıq edən bir neçə jurnalist saxlanılıb.

Dünən Daxili İşlər Nazirliyi Ramin Dekonun (Cəbrayılzadə) ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar saxlanıldığı barədə məlumat yaymışdı.

Digər jurnalistlərlə bağlı isə hələ ki rəsmi açıqlama yoxdur.

“Qafqazinfo”nun məlumatına görə, “Meydan TV” ilə əməkdaşlıq edən Aynur Elgünəş, Natiq Cavadlı, Ramin Deko, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudovanın vəkilləri bildiriblər ki, onların barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Onların hər biri 48 saat müddətə şöbhəli şəxs qismində tutulub və məhkəmə qarşısına çıxarılmaları gözlənilir.

***

Dekabrın 6-da axşam saatlarında "MeydanTV"-nin saxlanılan əməkdaşı Natiq Cavadlının Sumqayıtda yaşadığı mənzildə axtarış aparılıb. Bu barədə jurnalistin ailəsindən "Turan"a bildiriblər.

Məlumatda bildirilir ki, Natiq özü də axtarışda iştirak edib.

Dekabrın 6-da axşam saatlarında "MeydanTV"-nin saxlanılan digər əməkdaşı Aynur Elgünəşin də yaşadığı evdə də axtarış aparılıb.

Bu barədə jurnalistin qohumları bildirib ki, evin açarları Aynurda idi: "Çox yəqin ki, axtarışda Aynurun özü iştirak edib. Çünki evin qapısı sındırılmayıb. Nə götürdükləri barədə bir söz dedyə bilmərik” .

"MeydanTV"-nin redaksiyasından saxlanılan digər jurnalistlərin də mənzillərində axtarış aparıldığını bildiriblər.



Xəbərin oxunma sayı : 1036




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap