Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Milli Şura onlarla eyni mövqedə olmadığım üçün məni hədəfə alıb” - Mehman Əliyev

Tarix 22.07.20, 10:58

Font ölçüsü : - / +
bitmap-img6


Milli Şura Mehman Əliyevi nələrdə ittiham edir?

Milli Şuranın qapalı toplantısından daha bir şok videoparça yayılıb. Bu dəfə də bu qurumun rəhbərliyində olan şəxslərin siyasi-mənəvi göstəricilərinin düşüklüyü müşahidə olunur. Onlar yenə üz-üzə gəldikləri, normal münasibətdə olduqları tanınmış insanların ünvanlarına alçaldıcı və təhqiramiz ifadələr işlədiblər. Yenə də biri deyib, digərləri daha da gücləndirib, sonra da qrup halında hırtıldayıblar. Bu dəfə “Turan” agentliyinin rəhbəri Mehman Əliyevi hakimiyyətə işləməkdə günahlandırıblar, mövqesiz adam adlandırıblar, İlqar Məmmədova bənzəməkdə ittiham ediblər. REAL Partiyasının liderlərindən olan Natiq Cəfərlini ən aşağı ifadələrlə təhqir ediblər.

Bir sözlə, hakimiyyət iddiasında olan bu məxluqlar bu və bundan əvvəllərdə hissə-hissə yayılan videoparçalar vasitəsilə tam ifşa olunublar. Bu illər ərzində hakimiyyət bunlara heç bu qədər zərbə vurmamışdı, nəinki özləri öz dilləri ilə özlərini bu qədər yaraladılar.

Hər kəsi təhqir etmişdilər, indi də daha bir tanınmış simanı - "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyevi aşağılayırlar.

Mehman Əliyev isə məsələyə “Yeni Müsavat”da belə münasibət bildirdi: “Bizdə Xudafərin su anbarının tikilməsi ilə bağlı müzakirə getmişdi. İran-Azərbaycan sazişi ilə bağlı məsələ qoyulmuşdu ki, cəmiyyətin bundan xəbəri yoxdur, gizli sazişdir, gizli iş aparılıb, Azərbaycanın əleyhinə olub. Bu məsələ ilə bağlı da mənim bir təhlil yazım oldu. Yazıda mən Xudafərin su anbarı ilə ağlı bütün tarixçəni yazmışam. Necə başlandığını, hansı işlər görüldüyünü yazmışam və qeyd etmişəm ki, bu işlər barədə vaxtilə yazılar olub, yəni məsələ gizli olmayıb. Müzakirələr zamanı da mənim xeyli adamla fikirlərim üst-üstə düşmədi. Hətta mənim üstümə bir az da qəzəbli gəldilər. Lakin mən bəyan etdim ki, jurnalistəm və həqiqətləri deyirəm. Milli Şuranın videokonfransı məhz qeyd etdiyim bu müzakirələrdə mənim ortaya qoyduğum mövqe ilə bağlıdır. Məni onlarla eyni mövqedə olmadığım üçün hədəfə alıblar. Məni hakimiyyətə bağlı olmaqda ittiham etmələrinə cavabım budur ki, mən hakimiyyətə bağlı deyiləm, hakimiyyətdən tapşırıq almıram. Sadəcə olaraq, hansısa məsələlər olur ki, hakimiyyətlə də müzakirə edirik və bunu açıq edirik. Məsələn, Oqtay Güləliyevin Türkiyədə müalicəsi üçün mən zəng etdim xahiş elədim. Sağ olsunlar, eşitdilər. Bəzən media ilə bağlı məsələlər ola bilir ki, təkliflər veririk, nə isə soruşurlar və sair. Dialoq bu şəkildə var. Amma bu, mənim hakimiyyətin adamı olmağımı iddia etmək üçün əsas ola bilməz. Özləri də yaxşı bilirlər ki, mən kənardan idarə olunan deyiləm. Bunu bilə-bilə mənə o cür ittihamlar irəli sürürlər. Milli Şuranı bir üzvü isə mənim barəmdə filan yerə sürüklənir, filankəsə bənzəyir, yarı yoldadır kimi ifadələri işlədir. Bu, onun fikridir. Amma yarı yolda və kiminsə yolunda deyiləm, mən öz yolumdayam. Mən heç yerə getməmişəm, Azərbaycandayam. Mehman Əliyev olaraq, əvvəldən necə mövqedəyəm, necəyəmsə, indi də dəyişməmişəm. Fəaliyyətimiz göz qabağındadır”.

İlin 11 ayı: iqtisadiyyatda nələr dəyişdi - ekspert şərhi

Natiq Cəfərli isə bildirdi ki, Mehman Əliyevlə İlqar Məmmədovu bir-birinə bənzətmələrindən narahat deyillər. Yaxşı ki, İlqar Məmmədovla Mehman Əliyevi Milli Şuraya, Milli Şuradakılara bənzətməyiblər. Milli Şuraya, oradakı öz mənəvi keyfiyyətlərinin hansı gündə olduğunu vaxtaşırı nümayiş etdirənlərə bənzədilməyimiz bizim üçün təhqir olardı: “Milli Şuranın həmin üzvlərinin hər videomüşavirəsindən insanı heyrətə salan detallar ortaya çıxır. Bunlar müxalifətin digər kəsiminə, xalqa və ayrı-ayrı ziyalılara qarşı çox aqressivdirlər. Təhqirlər, aşağılayıcı ifadələr bunların leksikonunda artıq kök atıb. Əslində kim olduqlarını, mahiyyətlərini başqaları haqda işlətdikləri təhqiramiz ifadələrlə hər dəfə ortaya qoyurlar”. 






Xəbərin oxunma sayı : 550




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap