Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Millimiz üçün 4-5 məşqçi ilə danışmışıq“ - Ağasəlim Mircavadov

Tarix 04.01.19, 18:07

Font ölçüsü : - / +
bitmap-img6


AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Qol.az saytının suallarını cavablandırıb. 71 yaşlı mütəxəsis Məşqçilər Komitəsinin son iclasında müzakirə olunan məsələlərdən danışıb.

- Ötən ayın 29-u görüşdük. Söhbətlərimiz oldu. Yenə görüşəcəyik, onda biləcəyik nə var, nə yox.

- Görüşdə nələr müzakirə olundu? Əsas milli ilə bağlı söhbətiniz oldu?

- Yox, əsas milli ilə bağlı müzakirə aparmadıq. Ancaq aşağı yaş qrupları ilə bağlı danışıqlar oldu.

- 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə serbiyalı mütəxəssis Milan Obradoviçin gələcəyi deyilir.

- Bilmirəm, ya sabah, ya da növbəti gündə məsələ həll olunacaq, onda dəqiq bilinəcək. Biz indi mütəxəsislərə baxırıq, maraqlanırıq. Dəqiq qərar tezliklə veriləcək.

- Hazırda namizədlər arasında elə biri varmı ki, digərlərindən bir addım öndə olsun?

- Biz 4-5 mütəxəsislə danışmışıq. Hətta yerli çalışdırıcılarla da danışıq aparmışıq. Biz öz fikrimizi bildirmişik. Sonda hansı qərarın veriləcəyini deyə bilmərəm.

- U-21 millimizi yerli, yoxsa əcnəbi mütəxəssisin çalışdırmasını istərdiniz?

- Mən 1993-cü ildən yeri məşqçilərin tərəfdarı olmuşam. Sizə bir sualım var, siz çempionatdan razısınız?

- Xeyr.

- Niyə?

- Çünki rəqabət yoxdur.

- Mən sizə sual verdim, siz də cavab verdiniz. Vəssalam. Biz 4-5 əcnəbi, yerli məşqçilərlə danışmışıq. Yaxın günlərdə qərar veriləcək.

- Belə çıxır ki, gələn həftənin əvvəli açıqlanacaq?

- Qarşıdakı 1-2 gündə də ola bilər. Gələn həftə də açıqlanması mümkündür.



Xəbərin oxunma sayı : 154




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap