Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Millini “Real“a dəyişdiyim üçün peşman deyiləm“ - Lopeteqi

Tarix 05.09.18, 4:09

Font ölçüsü : - / +
bitmap-img6


"Real"ın baş məşqçisi Xulen Lopeteqi DÇ-2018-in startına az qalmış İspaniya millisindən qovulması məsələsinə aydınlıq gətirib.

Qol.az-ın "goal.com"a istinadən yaydığı xəbərə görə, ispan mütəxəssis yığmadan ayrılıb "Real"ın sükanı arxasına keçdiyi üçün peşman olmadığını bildirib:

"Bu, adi qərar idi. Yenə olsaydı, yenə eyni addımı atardım. Mən dürüst hərəkət etdim və heç nəyə görə təəssüflənmirəm. Olanları dəyişə bilmərik. Geriyə baxmaq istəmirəm. Təqdimat mərasimində öz hisslərimi bildirdim. O gündən bu yana heç nə dəyişməyib".

Lopeteqi millinin yeni baş məşqçisi Luis Enrike haqda da danışıb: "Ümid edirəm ki, yığmadakı işi yaxşı alınacaq. Qarşısında böyük hədəflər dayanır. Hər zaman İspaniya millisinin azarkeşi olaraq qalacağam. Amma "Real"ı çalışdırdığım üçün çox xoşbəxtəm".

Qeyd edək ki, Lopeteqi DÇ-2018-in başlamasına 2 gün qalmış "Real"la anlaşdığı üçün İspaniya millisindən istefaya göndərilmişdi.



Xəbərin oxunma sayı : 442




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap