Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Əmlak Komitəsinin hərrac biznesi - FAKTLAR

Tarix 08.07.19, 23:45

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda avtomobillər baha olduğu dönəmdə, dövlətə məxsus avtomobillər özəlləşdirilərək bazar qiymətindən iki dəfə aşağı hərracda satılır.

AzFakt.com xəbər verir ki, Demokrat.az-ın araşdırmasına görə, hazırda Azərbaycan avtomobil bazarında buraxılış ili 2006-ci il olan "BMW" 320 modelinin qiyməti 13-20 minmanatdək dəyişdiyi halda, Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi hərracda bu nəqliyyat vasitələri 5200 manata satılıb.

Göründüyü kimi, bu avtomobillərin satış hərracında ciddi müəmma hiss edilir. 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Hafiz Babalı deyir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən satışa çıxarılan avtomobillərin hərracı şəffaf aparılmır.

Onun sözlərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsi hərraca çıxarılan avtomobillıərin yalnız adını və buraxılış ilini göstərir:

"Amma həmin avtomobillərin real görüntüləri, texniki vəziyyəti və digər bu kimi məsələlər barədə məlumat verilmir. Burada Əmlak Məsələləri Dövlət Komitəsi şəffalıq tələblərinə əməl etmir. Yəni, satışa çıxarılan əmlak barədə müfəssəl informasiya verilməlidir. Bu şərtlərdən biri həmin avtomobillərin real görüntülərini və onun haqqında ətraflı məlumatı təqdim etməkdir. Hərraca çıxarılan maşınların qəzaya düşüb düşməməsi barədə heç bir məlumat verilmir. Əgər o avtomobillərin bazarda satış qiyməti 10 mindən yüksəkdirsə və 5 min manata hərraca çıxarılırsa, deməli həmin maşınlar istismara yararsız vəziyyətdədir. Məntiq də bunu deyir".





Xəbərin oxunma sayı : 460




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap