Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Moody`s“ Samir Şərifova etibar edir - Rəsmi açıqlama

Tarix 26.05.17, 3:57

Font ölçüsü : - / +
bitmap-img6

Bir neçə dəqiqə bundan əvvəl Moody`s beynəlxalq reytinq agentliyi tərəfindən aşağıdakı mətndən ibarət rəsmi açıqlama dərc olunub:

“Moody`s beynəlxalq reytinq agentliyi aydinliq gətirmək istəyir ki, bu gün Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrində dərc olunanlar həqiqəti əks etdirmir, aldadıcı və təhrifedicidir.

Moody`s beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren reytingini qiymətləndirmə altına alması qərarı Maliyyə Nazirliyi tərəfindən təqdim olunan məlumatların etibarlılığının şübhə altına almasından yox, Azərbaycan Beynəlxalq Bankının restrukturizasiyasının dövlət borcunun gözləniləndən daha yüksək artımına səbəb ola biləcəyindən irəli gəlir”.

*   *   *14:22

Azərbaycan Beynəlxalq Bankının xilası üçün ölkənin qızıl-valyuta ehtiyatlarından xərcləmək lazım gələcək. Azərbaycan hakimiyyətinin bankla bağlı taktikasını dəyişməsinin səbəbi də budur. Virtualaz.org xəbər verir ki, bunu Moody`s beynəlxalq reytinq agentliyinin vitse-prezidenti, MDB ölkələri üzrə bank analitiki Pyotr Paklin Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

Paklinin sözlərinə görə, Azərbaycan hökumətinin problemli bankla bağlı taktikanı dəyişməsi, Beynəlxalq Bankın xarici borclarının restrukturizasiyasına qərar verilməsi və kreditorlara borcların 20 faizinin silinməsi təklifinin təqdim olunması onlar üçün sürpriz olub.

Moody`s rəsmisi deyib ki, o artıq Azərbaycan Maliyyə Nazirliyinin Beynəlxalq Bankın borclarına dair hesablamalarına inanmır. “Mən Azərbaycan Beynəlxalq Bankına və Maliyyə Nazirliyinə daha inanmıram. Problem bizim fikirləşdiyimizdən daha dərin ola bilər. Bankın sağlamlaşdırılması prosesi dövlət büdcəsinə zərər vuracaq və xarici layihələrin maliyyələşdiirlməsinə əngəl yaradacaq”-Paklin bildirib.

*   *   *

Analitik hesab edir ki, Beynəlxalq Bankın borclarının restrukturizasiyası planı hökumətin maliyyə sektorundakı problemlərin miqyasını düzgün qiymətləndirmədiyini göstərir.

“Hərçənd Azərbaycanın bank sektorunun ölçüsü elə də böyük deyil, ÜDM-in yarısından bir az çoxdur. Buna baxmayaraq bizim qiymətləndirmələrimizə görə Azərbaycan 2015-2016-cı illərdə bank sektorunun dəstəklənməsinə, əsasən Beynəlxalq Banka ÜDM-in 18 faizini yönəldib”-Paklin deyib.

Analitik qeyd edib ki, Beynəlxalq Bankın borcları da nəzərə alınanda Azərbaycanın xarici borcu ÜDM-in 40 faizinə çatacaq. Bu isə o qədər də böyük deyil və Azərbaycan onun öhdəsindən gələ bilər.

Xəbərin oxunma sayı : 145

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap