![]() |
|














“MTN generallarının həbsi casus şəbəkəsinin ifşasına yol açacaq...” - Keçmiş təhlükəsizlik zabitlərindən ŞOK açıqlamalar
Tarix 07.04.21, 9:23 |
|

Ərəstun Oruclu: “Düşmən öz casus şəbəkəsini qorumaq üçün əlindən gələni edəcək, müvafiq dövlət orqanlarını hədəfə alacaqlar"
İlham İsmayıl: "Keçmiş MTN İstintaq baş idarəsi rəisinin və Hərbi əks-kəşfiyyat idarəsi rəisinin həbsi istintaq üçün açar fiqurlar ola bilər"
Ləğv olunmuş Milli Təhlükəszilik Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevin və Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi Nizami Şirinovun həbs edilməsi rezonans yaradıb. Bəzi təhlilçilər hesab edirlər ki, bu həbslər Eldar Mahmudov da daxil bir çox səs-küylü həbslərə səbəb ola bilər.
Sabiq Baş prokuror Eldar Həsənovun, ardınca keçmiş korpus komandiri Rövşən Əkbərovun 20 ildən sonra cinayət məsuliyyətinə cəlb edilməsi, keçmiş Baş Qərərgah rəsis Nəcməddin Sadıkovun şəbəkəsinə ciddi zərbə vurulduqdan sonra MTN-nin açar fiqurlarının götürülməsi diqqət çəkir.
Bu həbslərin Azərbaycanda xarici kəşfiyyata işləyən, Moskvadan təlimat alan şəbəkənin ifşasına səbəb ola biləcəyi ehtimal edilir.
"İki keçmiş MTN generalının baş tutan həbsi üzun müddətdir müzakirə etdiyimiz işgəncələr kontekstində son dərəcə əhəmiyyətlidir. Onlardan biri - Mövlam Şıxəliyev Baş İstintaq İdarəsinin və digəri - Nizami Şirinov isə Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəisi olub.
Şıxəliyevin İstintaq İdarəsinin rəisi olduğu dövrdə MTN-nin istintaq təcridxanasında işgəncələrin kütləvi tətbiqi və onların nəticəsində azı 5 nəfərin öldüyü haqda 2016-cı ildən başlayaraq dəfələrlə yazmışdım, müsahibələrimdə bildirmişdim. Keçmiş MTN zabiti kimi bu orqanın işgəncə səviyyəsinə enməsi mənim üçün çox ağır idi".
"AzPolitika.info" xəbər verir ki, bunu xüsusi xidmət orqanlarının keçmiş zabiti, politoloq Ərəstun Oruclu bildirib.

Onun sözlərinə görə, keçmiş nazir Eldar Mahmudovun cəzasız qalması Şıxəliyevin toxunulmazlığını təmin edib: "Amma belə görünür ki, cinayətkarların immuniteti artıq tükəndi. Bu isə istənilən halda müsbət dinamikadır və inanaq ki, davam edəcək. Ümid edirəm və inanıram ki, dünən həbs olunan generalların istintaqı həbslərin və ifşaların davamına yol açacaq.
Azərbaycan Ordusuna qarşı törədilmiş silsilə cinayətlər təkcə kriminal çətənin deyil, həm də onun arxasında dayanan xarici xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir. Elə buna görə də düşmən öz casus şəbəkəsini qorumaq üçün əlindən gələni edəcək.
Onun Azərbaycanda qurduğu casus şəbəkəsi isə nəhəng infrastruktura malikdir. Bu infrastruktura təkcə silahlı qüvvələrin, hüquq-mühafizə orqanlarda deyil, həm də digər dövlət və hakimiyyət orqanlarında, media və vətəndaş cəmiyyəti instutlarında yerləşdirilmiş minlərlə agent daxildir. Həbslər və ifşalar axarına düşən kimi bütün bu nəhəng ordu hərəkətə keçəcək və həmin həbsləri həyata keçirən müvafiq dövlət orqanlarını hədəfə alacaqlar".
Ə. Oruclu daha sonra qeyd edib ki, həm vətəndaşlarımızın dövlətə inamı, həm də dövlət-vətəndaş münasibətlərinin sağlam məcraya düşməsi son dərəcə vacibdir.
"Bu da öz növbəsində başıbəlalı ölkəmizin gələcəyi, inkişafı və sadəcə mövcudluğu üçün son dərəcə önəmlidir",- deyə politoloq vurğulayıb.
Xüsusi xidmət orqanlarının keçmiş zabiti, təhlükəsizilik məslələri üzrə ekspert İlham İsmayıl hesab edir ki, ölkədə cinayət əməlləri bilinən şəxslərin bəzən zamanında həbs edilməməsinin, amma bu cür ifşaedici materialların ehtiyat variant olaraq saxlanması və zəruri hal yaranarsa, istifadə olunması yenilik deyil: "General Rövşən Əkbərovun həbsi kimi. Ona görə də, ləğv olunmuş MTN generallarının aqibətinin perspektivdə onların keçmiş şefini də gözləməsi tamamilə mümkündür. Keçmiş MTN İstintaq baş idarəsi rəisinin və Hərbi əks-kəşfiyyat idarəsi rəisinin həbsi bu perspektivin zaman kəsimini yaxınlaşdıra bilər. Bu vəzifələrin sahibləri istintaq üçün, yeri gələrsə, açar fiqurlar ola bilər".
İlham İsmayıl hesab edir ki, Eldar Mahmudovun həbsxanaya göndəriləcəyi ehtimalı çoxdan var, amma onun reallaşmasının tezliklə olacağını söyləmək çətindir: "Çünki bu cür məsələlər adətən iradi qərarlarla həll olunur və hüquqi əsas ehtiyat variant kimi həmişə əl altında saxlanır. Hüquqi əsaslar isə kifayət qədərdir".
Ekspert bu həbslərin Rövşən Əkbərov və Nəcməddin Sadıkovun ordu daxilindəki təxribatçı əməllərinin ifşasının nəticəsi ola biləcəyi barədə ehtimalları belə dəyərləndirib: "Nəzərə alsaq ki, həbs olunanlardan biri MTN Hərbi əks-kəşfiyyat idarəsinin rəisi olub, mümkündür. Ordu daxilində neqativ halların aşkar edilməsindən tutmuş cinayət əməllərinin zamanında aşkar edilməsi, uyğun tədbirlər görülməsi hərbi əks-kəşfiyyat idarəsinin vəzifəsidir.
Orduda isə bu işlərin aparılmamasının nəticəsi olaraq cinayət tərkibli əməllərin baş verdiyi sonralar üzə çıxdı. Ona görə də, əgər hərtərəfli istintaq işi aparılarsa, cəmiyyət yalnız dediyiniz adamların deyil, başqalarının da əməllərinin ifşasının şahidi ola bilər".
Xəbərin oxunma sayı : 886
loading...
Sosial
Xəbərlər
-
Bazar gününün havası açıqlandı - Yağış, külək...
-
Toy keçirilən restoran Taleh Qaraşovundur? - Açıqlama
-
“Restoranların açılması o demək deyil ki, toy edə bilərsiniz” - DİN
-
Şuşanın girişindən yeni görüntülər - FOTO
-
1.1 milyard manatı Azərbaycandan kim çıxarıb?
-
“Avro-2020“ Bakıda - Bilet satışı bərpa olunur
-
Millət vəkili toy qadağasına qarşı çıxdı – VİDEO
-
Rüstəm Muradov Ermənistan hakimiyyətini ittiham etdi: “Çirkin təxribat idi”
-
Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb - FOTOLAR
-
Ramazan ayının təqvimi açıqlandı - FOTO
-
Ermənistanın Müdafiə Nazirliyi geri çəkildi - Etirazçılar görüşə dəvət olundu + VİDEO
-
Dövlət Gömrük Komitəsindən Hesablama Palatasına - bu iddialar tamamilə əsassızdır
-
Bu obyektlərdə qaydalar pozulub - SİYAHI
-
Ərdoğanla Putin arasında telefon danışığı oldu - Qarabağla bağlı nələr müzakirə edilib?
-
Azərbaycanda gizli toylar belə keçirilir: Rüşvətlə razılıq, qonaqların ayrı-ayrı saatlarda dəvəti...
-
“Əsir“ə çevrilən terrorçular - Ermənistanın yeni şousu (ŞƏRH)
-
Bakı liftlərində dispetçer sistemi quraşdırılacaq - 1,9 milyon manatlıq sifariş
-
“Azərbaycan Dəmir Yolları” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib - FOTOLAR
-
Elmira Axundovadan növbəti qalmaqal: Ukrayna polisi video yaydı
-
Azərbaycan və Türkiyə ordularının birgə hərbi təlimləri başa çatıb - VİDEO
-
Jurnalistin məhkəməsində saxta sübutlar - Proses təxirə salındı
-
Xəzər Kürə axıb, 40 kilometr irəlilədi - VİDEO
-
Rusiya səfirliyinin qarşısında etiraz - “Qarabağdan əlini çək!“ şüarı səsləndirildi + FOTOLAR
-
Onlayn təhsil “Nar”ın “TƏHSİL+” internet paketi ilə daha rahatdır!
-
Gündəlik yoluxma sayı açıqlandı - 35 nəfər vəfat edib
-
Azərbaycanda Ramazan ayının başlayacağı tarix açıqlandı - QMİ fətva verdi
-
İtaliya azarkeşlərlə bağlı təminat verə bilmədi - Avro-2020
-
“Atam namaz qılır, onun şərtləri ilə model oldum“ - VİDEO
-
Əyani təhsil alan tələbələrlə əmək müqaviləsi bağlana bilər? - Xidmət rəisi açıqladı
-
Satıcıların “təsir gücü”: Bahalı məhsulu bizə necə aldırırlar?
-
Şəhid ailələrinə 11 min mənzil veriləcək – RƏSMİ
-
Bu tarixdən geyim mağazaları, gözəlik salonları və restoranlar yenidən bağlana bilər – AÇIQLAMA
-
Prezident Elxan İbrahimova rütbə verdi - SƏRƏNCAM
-
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndirilir - SƏRƏNCAM
-
Qarabağda modul tipli yataqxanalar quraşdırılır - VİDEO
-
Media nümayəndələrinin vaksinasiyası başladı - VİDEO
-
Direktorların “maaş kartı” oyunu: “Məktəblərdə maliyyə pozuntuları…”
-
“İcbari tibbi sığorta yığımları 112 milyon manatdan çox olub“ - Mikayıl Cabbarov
-
Bu günə qədər 690 yaşayış sahəsi kirayəyə verilib – İpoteka Fondu
-
MTK rəhbərliyi Abutalıbovu niyə hədəfə aldı? - SUALLAR
-
Daha bir məmur rüşvətə görə hakim qarşısına çıxarılır - TƏFƏRRÜAT
-
“Media haqqında” yeni qanun layihəsinin hazırlanması yekunlaşmaq üzrədir“ - Əhməd İsmayılov
-
Abşeronda toya görə şadlıq sarayının rəhbəri 5 000 manat cərimələndi - VİDEO
-
“Donbass üzrə danışıqlarda ABŞ-ın iştirakı qeyri-mümkündür” - Rusiya XİN
-
“Qısa zamanda kollektiv immunitet yaranmasa...” VİDEO
-
Ən gözlənilməz 10 qol - Video
-
Rusiya ordusu Ukrayna ilə sərhəddə səhra düşərgələri qurdu - Müharibəyə hazırlıq...
-
“44 günlük müharibə bir milyondan çox azərbaycanlının iztirabına son qoydu” - Prezident
-
Daha 7 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi - SİYAHI
-
“Ermənistanın məscidləri dağıtması əsl vandalizm aktıdır” - İƏT-in Baş katibi
-
“Biz ədaləti bərpa etdik” - Azərbaycan Prezidenti
-
Ağ Ev Rusiya kəşfiyyatçılarını deportasiya etməyə hazırlaşır - İDDİA
-
Ərzaq qiymətləri 7 ilin ən yüksək həddinə çatıb – FAO
-
Bakı Limanında yeni terminallar inşa olunacaq - AÇIQLAMA
-
Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə edib
-
Azərbaycanda koronavirusa yoluxma yenə artdı - 31 nəfər öldü
-
“Xal-xal” və “999“ kafeləri cərimələnib - TAM SİYAHI
-
“Türkiyə hərbi qarnizonu Şuşaya yerləşdirilsin“ - “Rusiyanın təxribatları göz qabağındadır və...“
-
Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir - VİDEO
-
Səhiyyə Nazirliyi aptekləri cərimələdi - SİYAHI
-
Kəmaləddin Heydərovun bacanağı iki bankdan neçə milyon qazanır? - ARAŞDIRMA
-
Xudafərin-Qubadlı-Laçın yolunun tikintisinə başlanıldı - FOTOLAR
-
“Türkiyə PUA-larının qarşısını almaqda acizik“ - Almaniyanın müdafiə naziri
-
Sabahdan güclü külək əsəcək, intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
-
“Rusiya Qarabağ münaqişəsinin qalmasına cəhd göstərir“ - ABŞ dövlət katibi köməkçisinin müavini
-
1300 erməni hərbçinin məhv edildiyi əməliyyat - ŞANLI TARİX
-
Azərbaycanda hər məhbusa gündə nə qədər pul xərclənir? - Hesabat açıqlandı
-
Vətən müharibəsində iştirak edən 4 qardaş haqqında film çəkilib - FOTOLAR
-
“ABŞ-la ən pis ssenariyə hazırıq“ - Kremlin sözçüsü
-
Maqsud Tağıyevin qeyri-müəyyən taleyi - “Azərlotereya” ASC-də yoxlamalar başlayıb
-
“Özünə gəl, şəxsimə toxunma“ - Səidədən Röyaya qalmaqallı sözlər
-
Belələri Azərbaycanda bəlkə yüz minlərlədir... - İqtisadçı alimə məktub
-
Azərbaycan və Avropa ölkələrində benzinin qiyməti - SİYAHI
-
“Monopolist monopolist qalmağa çalışır” - Deputatdan açıqlama
-
Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başlayıb - VIDEO
-
Siyavuş Novruzov efirə sərxoş çıxıb - Deputatın partiyadan və MM-dən qovulması tələb olunur
-
“Ermənistan müsbət addım atsa..." - Çavuşoğlu
-
Azərbaycanda ilginc olay: Şirkət özü-özünü məhkəməyə verdi (FOTOFAKT)
-
İcra başçısı kirayədə qalırmış - Açıqlama
-
Vergi proqnozuna 121 faiz əməl edilib - NAZİR
-
Meliorasiya İdarəsindən şübhəli tender: Yeni yaranan şirkət qalib elan olundu
-
“Azərbaycanda bank islahatlarına dəstək verməyə hazırıq“ - Sara Maykl
-
“Distant təhsil böyük stres və diskamfort yaradır“ - Emin Əmrullayev
-
26 media nəhənginin rus səfirə müraciət rüsvayçılığı: Bu nə üçün idi?
-
“Rus əsgəri ilə son gülləyə qədər döyüşəcəyəm” - Ukraynanın eks-prezidenti
-
Banklar bu rayonlara yüksək fazilə kredit verir - ŞƏRH
-
“Ürəyi bəd olan insanlardır“ – Abutalıbov “həbsindən“ danışdı
-
Pərvin Abıyeva seksual libasda - FOTO
-
“İskəndər M”i qeyri-qanuni yollarla terrorçu qruplar da əldə edə bilər” - VİDEO
-
“Paşinyan Kremldəki danışıqlarda özünü müftəxor kimi aparır” - İqor Korotçenko
-
Tovuzda gimnaziyada müəllim və şagirdlər COVID-19-a yoluxdu - Tədris dayandırıldı
-
“Qarabağdakı uğur tarixə qızıl hərflərlə yazılacaq” – Hulusi Akar
-
Toylara bir şərtlə icazə verilə bilər...- AÇIQLAMA
-
Yaxınlarının itkin kimi axtardığı Cəmilə Türkiyədə imiş...
-
Millimiz gerilədi: FİFA reytinqi
-
Oxçuçayın çirklənməsi digər sərhəd çaylardan daha çoxdur - RƏSMİ
-
“SMS-icazə tətbiq edilə bilər“ - Millət vəkili
-
“Düşmən “İskəndər-M”i Şuşanı tam olaraq dağıtmaq üçün atıb” – ANAMA sədrinin müavini
-
“Azərbaycan Ordusunun modernizasiyası üçün “Yol xəritəsi” hazırlanıb“ - Hulusi Akar
-
Səfər Mehdiyevə qarşı böyük ittiham: Ölkədə bahalaşmanın ən böyük baiskarı sizsiniz!
-
Dünya ölkələri pandemiya üçün 16 trilyon dollar xərcləyib - Beynəlxalq Valyuta Fondu
-
Mingəçevir bazarında dözülməz vəziyyət - VİDEO
-
Dövlət Xəzinədarlığı Agentliyindən 2 milyon manatlıq TENDER
-
Hələlik dolların ciddi dəyər itirməsi proqnozlaşdırılmır - DEPUTAT
-
“Qarabağda vəziyyətin normallaşdırılması ən aktual və təcili problemdir” - Putin
-
“Mühəndis Qoşunları 4 729 hektar ərazini minalardan tam təmizləyib“ - General
-
Azərbaycanda yoluxma yenə artdı - 37 nəfər vəfat etdi
-
Günün oyunları bu kanallarda - AFİŞA
-
Ruhani ABŞ-ın danışıqlara hazır olduğunu açıqladı: “Bu, İran xalqının qələbəsidir”
-
Azərbaycan Ordusunun kəşfiyyat bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir - VİDEO
-
Ermənilər 4 minə yaxın yeni məzar qazıblar - Erməni jurnalist Arşaluys Mqdesyan yazır...
-
Azərbaycanda 3 ay əvvəl yaranan şirkət elmi-tədqiqat işi aparacaq – Tender müəmması
-
Siyavuş Novruzov Nəcməddin Sadıkovun müdafiəsinə qalxdı: - “Harda görmüsən onun xainliyini?“
-
Ağdam Cümə məscidində Allahşükür Paşazadənin imamətliyi ilə namaz qılınıb - FOTO
-
Bakı “BT”nin keçmiş rəis müavini saxlanıldı
-
“Hacıbala Abutalıbov mənə dedi ki...” - İttiham olunan şirkət rəhbərindən sensasiyalı müsahibə
-
“Azərbaycanla sıx əməkdaşlığımız davam edir” - Türkiyənin müdafiə naziri
-
Nazir vaksinasiyanı başa vurmuş məktəblərin adlarını açıqladı - SİYAHI
-
“Ukraynaya dəstəyimiz dəyişməzdir“ - Kanadanın baş naziri
-
“Raket evi dağıdıb, 4 kisə sement, 5 kisə qum verirlər” - Ağdam sakini
TOP 10
ARXİV