Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ən çox məhsul idxal və ixrac etdiyimiz ölkələr - Statistika

Tarix 16.04.19, 22:14

Font ölçüsü : - / +
bitmap-img6


2019-cu ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 144 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 86 ölkəyə məhsul ixrac olunub, 138 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayıb ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilən dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-fevral aylarında ölkənin xarici ticarət dövriyyəsi 5121,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2955,4 milyon dollar, idxalın dəyəri 2165,8 milyon dollar təşkil etmiş, nəticədə 789,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 13,0 faiz, o cümlədən idxal 49,1 faiz artmış, ixrac isə 4,0 faiz azalıb. Real ifadədə dövriyyə 6,1 faiz, o cümlədən idxal 18,7 faiz, ixrac 0,1 faiz artıb. 

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 37,7 faizini İtaliyaya, 8,7 faizini Türkiyəyə, 7,6 faizini Almaniyaya, 4,7 faizini İspaniyaya, 4,6 faizini Portuqaliyaya, 4,4 faizini Hindistana, hər biri 3,7 faiz olmaqla Gürcüstan və Avstriyaya, 3,4 faizini Çexiyaya, 2,8 faizini Rusiyaya, 2,7 faizini Yunanıstana, 2,6 faizini Fransaya, 2,4 faizini İsrailə və qalan 11,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. 

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 12,7 faizi İsveçrə, 11,6 faizi Rusiya, 9,1 faizi Türkiyə, hər biri 8,4 faiz olmaqla İran və Çin, 5,8 faizi Kanada, 4,3 faizi ABŞ, 3,9 faizi Almaniya, 3,7 faizi Avstraliya, 3,0 faizi Ukrayna, 2,6 faizi Belarus, 2,4 faizi İtaliya, 24,1 faizi isə digər ölkələr ilə aparılan idxal əməliyyatlarının payına düşüb. 



Xəbərin oxunma sayı : 700




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap