Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

“Nüvə bombasının İranın əlinə keçməsindən yayınmalıyıq“ - Aİ-nin ali nümayəndəsi

Tarix 30.01.23, 9:20

Font ölçüsü : - / +
bitmap-img6


"Əgər İran rejimi bu qədər pisdirsə, onda nüvə bombasının belə bir rejimin əlinə keçməsindən qaçmağa çalışmalıyıq".

"Report" Britaniyanın "Financial Times" qəzetinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

"Mən nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının işləməsindən başqa bir yol bilmirəm", - Aİ rəsmisi qeyd edib.

Eyni zamanda nəşr xəbər verib ki, Almaniya və Fransa İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri - red) Avropa İttifaqında terror təşkilatı kimi təsnif edilməsi ideyasını dəstəkləyir.

“Financial Times” qeyd edib ki, SEPAH-ın bu siyahıya daxil edilməsi çox güman ki, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının yenilənməsini mümkünsüz edəcək.

Qəzetin həmin məsələnin müzakirəsi ilə bağlı məlumatlı mənbələrə istinadən məlumatına görə, Berlin və Paris Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin bu yaxınlarda keçirilən iclasında SEPAH-ın terror təşkilatları siyahısına daxil edilməsini dəstəkləyiblər. Aİ-nin hüquq xidmətinin üç həftə ərzində bu tədbirin qanuniliyi ilə bağlı rəy hazırlayacağı gözlənilir.

Nəşrin sitat gətirdiyi Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel bir çox üzv dövlətlərin bu təklifi dəstəklədiyini təsdiqləyib. Eyni zamanda, qəzetin mənbələri əlavə edib ki, Fransa bütün SEPAH-ın deyil, yalnız onun bəzi regional bölmələrini terrorçu kimi tanımaqda daha çox maraqlıdır.



Xəbərin oxunma sayı : 406




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap