“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

İnam Kərimov keniyalı həmkarı ilə - Fotolar

Tarix 05.02.25, 18:16

Font ölçüsü : - / +
bitmap-img6


Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun başçılıq etdiyi nümayəndə heyəti Keniya Ali Məhkəməsinin sədri xanım Marta Koomenin dəvəti ilə 2025-ci il fevralın 3-dən 5-dək bu ölkədə rəsmi səfərdə olub.

AzFakt.com xəbər verir ki, səfərin ilk günü Keniya Ali Məhkəməsində görüş keçirən nümayəndə heyəti ölkəmizdə məhkəmə sahəsində aparılan islahatlar barədə ətraflı məlumat verib.

Azərbaycan məhkəmə sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, ədalət mühakiməsinə əlçatanlığın artırılması və vahid məhkəmə təcrübəsinin genişləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Qeyd edilib ki, hazırda məhkəmələrdə xidmətlərin elektronlaşdırılması sahəsində mütəmadi tədbirlər həyata keçirilir, eləcə də süni intellektin tətbiqi istiqamətində işlər gücləndirilir. 

Görüşdə həmçinin Azərbaycan Ali Məhkəməsinin təşəbbüsü ilə “Elektron məhkəmə” informasiya sisteminin təkmilləşdirilməsi çərçivəsində görülən işlərlə bağlı geniş təqdimat keçirilib. Ölkəmizin məhkəmə təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb.

Xanım Marta Koomenin isə öz növbəsində Keniya məhkəmə sisteminin fəaliyyəti, rəqəmsallaşma, proseslərin təşkilində informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə məlumat verib. İki ölkənin məhkəmə sistemi arasında qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Səfər zamanı nümayəndə heyəti Keniyanın əsas məhkəmə institutlarına, o cümlədən Milimani Məhkəmələr Kompleksindəki Milli Transkripsiya Mərkəzi və İnzibati Məhkəmə Xidmətləri Mərkəzinə baş çəkib. Həmçinin Transsərhəd və Terrorla Mübarizə sahəsində ixtisaslaşmış Kahava Məhkəməsi ziyarət olunub, Keniya Vəkillər Kollegiyasının rəhbər şəxsləri ilə görüş keçirilib. Məhkəmə-hüquq sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. 

Nümayəndə heyəti Azərbaycanın Nayrobidəki səfirliyini də ziyarət edib. 

Qeyd edək ki, görüşlərdə Azərbaycanın Keniyadakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev də iştirak edib.







Xəbərin oxunma sayı : 763




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap