Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Nar” abunəçiləri dəqiqələri meqabaytlara, meqabaytları dəqiqələrə dəyişə biləcək

Tarix 16.03.18, 22:50

Font ölçüsü : - / +
bitmap-img6


“Nar” Azərbaycanın mobil rabitə bazarında daha bir ilkə imza atdı. 

İndi “Full” paketlərinin istifadəçiləri öz bonuslarından istədikləri şəkildə istifadə etmək, onları digər bonuslarla dəyişmək imkanından yararlana biləcəklər. Başqa sözlə, abunəçi bu yenilik sayəsində toplanmış bonuslarını danışıq dəqiqələrindən meqabaytlara və ya əksinə, meqabaytlardan danışıq dəqiqələrinə dəyişə biləcək.

AzFakt.com xəbər verir ki, “Exchange” təklifi çərçivəsində mümkün olan bu fürsət sayəsində abunəçi topladığı yüzlərlə dəqiqə və megabaytları dəyişə biləcək, 1 danışıq dəqiqəsini 2 meqabayt internet trafikinə və ya 2 meqabaytı 1 danışıq dəqiqəsinə çevirmək imkanından yararlanacaq. Bütün “Full” istifadəçilərinin faydalana biləcəyi təkliflə həm də dəyişdirilmiş bonuslara nəzarət etmək mümkündür. Hər bir konvertasiya əməliyyatı üzrə nəzərdə tutulmuş ödəniş cəmi 20 qəpik təşkil edir.

“Nar” abunəçiləri dəqiqələri meqabaytlara, meqabaytları dəqiqələrə dəyişə biləcə

Xatırladaq ki, “Full” paketlərinin əsas özəlliyi qazanılan bonusların növbəti aya keçməsidir. “Full” abunəçilərə ölkədaxili danışıq dəqiqələri və bol internetdən sərfəli qiymətlərlə yararlanmaq imkanını yaradır. Rominqdə olan “Full” istifadəçiləri də paketlərin üstünlüklərindən tam yararlana bilirlər.

“Full” paketləri haqqında ətraflı məlumatı nar.az internet səhifəsində öyrənmək olar.

“Nar” abunəçiləri dəqiqələri meqabaytlara, meqabaytları dəqiqələrə dəyişə biləcə

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 





Xəbərin oxunma sayı : 295




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap