Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“NAR” Ucqar dağ kəndini rabitə ilə təmin etdi – Reportaj + FOTOLAR

Tarix 19.07.18, 22:17

Font ölçüsü : - / +
bitmap-img6


“İndiyə qədər kəndimizdə mobil şəbəkə yox idi, “Nar”a təşəkürümüzü bildirirk”


21-ci əsrdə rabitə peyki olan ölkənin hansısa kəndində ümumiyyətlə heç bir rabitə vasitəsinin olmaması qəribə səslənir. Az qala hər gün rabitə və yüksək texnologiyaların inkişaf etdiyi vurğulanan Azərbaycanda sən demə bütün rabitə vasitələrindən təcrid olunmuş bir kənd var imiş. Bir müddət əvvəl yerli mətbuatda Yardımlı rayonunun Arvana kəndinin sakinləri mobil rabitənin olmamasından şikayətlənmişdilər.

Bir neçə ay sonra kənddə vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün biz də Arvanaya yollandıq. Kəndə çatdıqda burada vəziyyətin digər sahələrdə də ürəkaçan olmadığını gördük.
Gözəl təbiəti, təmiz havası olan Arvana kəndi dağlar qoynunda yerləşir. Şimal-qərbdən Peştəsər sıra dağları, cənub-şərqdən Talış sıra dağları ilə əhatə olunub. Cənubdan İranla sərhəddə yerləşir.

Dəniz səviyyəsindən 2000 metr-dən hündürlükdə yerləşən kənddə hazırda 60 ev var. Rayon mərkəzindən 36 kilometr aralıda yerləşir.
Kənd əsasən əkinçilik, maldarlıqla məşğul olur. İşsizlik ciddi problemə çevrilib. Sakinlərin dediyinə görə, Ünvanlı Sosial Yardımı ehtiyacı olanların əvəzinə bəzi imkanlı şəxslər alır.

Kənd bir dəfə 1955-ci ildə deportasiyaya uğrayıb. İranla sərhəd olduğuna görə, kənd sakinləri Stalin tərəfindən keçmiş Əli Bayramlı rayonuna deportasiya ediliblər. Nəhayət, 1961-ci ildə sakinlərə kəndə qayıtmağa icazə verilib. Kənd əhalisinin bir hissəsi geri qayıtsa da, bir hissəsi hazırda Sabirabad rayonunda yaşayır.

Arvanada tibb məntəqəsi, telefon şəbəkəsi və poçt əlaqəsindən məhrum olan sakinlər işıq və su problemlərindən də əziyyət çəkirlər. Bu problemlərin həlli kənd sakinlərinin əsas arzusudur.

IMG_20180714_124359

Köhnə, qəzalı daxmada “Yardımlı RİH başçısının Arvana İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi” yazılan lövhə diqqəti cəlb edir. Burada həmçinin baytarlıq idarəsi və kənd bələdiyyəsi fəaliyyət göstərməli imiş. Qapısına qıfıl vurulan bu daxmaya nə gələn var, nə də gedən.

Kənddə olduğumuz vaxt sakinlərin problemlərindən birinin – mobil rabitə probleminin həll olunduğu günə təsadüf edirdi.

Belə ki, bir müddət əvvəl kənddə öz baza stansiyasını quraşdırmış “Nar”,  test yoxlamalarından sonra keyfiyyətli mobil rabitə və internet xidmətlərini sakinlərə təqdim edirdi. Bundan əlavə, şirkət sakinlərə pulsuz nömrə, danışıq dəqiqələri və internet paketi hədiyyə etdi.

IMG_20180714_130013

Problemlərindən biri həll olunan kənd sakinləri sevinclərini bizimlə bölüşürdü:

Kənd sakini Nəzərov Etibar: “Mobil rabitə dözülməz idi. Kənddə poçt xidməti yoxdur. Sabit telefon isə yox səviyyəsindədir. Kənddə 3 telefon var, onlar da işləmir.

“Nar” kəndimizə gələnə qədər mobil rabitədən istifadə etmək mümkün deyildi. Digər operatorlar stansiyalarını qursalar da onlar işləmirdi. Dəfələrlə müraciət etsək də problemi həll etməyin onların imkanı xaricində olduğunu bildirirdilər. Bizə keyfiyyətli mobil rabitə xidməti təşkil etdiyinə və pulsuz nömrələr payladığına görə “Nar”a təşəkkürümüzü bildiririk. ”

Müəllim İsayev Şakir: “Bura ucqar dağ kəndi olduğundan şəraiti o qədər də yaxşı deyil. Kəndin 1800 metr hündürlükdə olduğu deyilsə də hazırda bizdən aşağıda xidmət göstərən əsgərlər 3000 metr hündürlükdə olduğuna görə əlavə pul alırlar.

Isayev sakir
Sovet dövründən əhali o qədər də yaxşı yaşamayıb. Rabitə, işıq və suyun olmaması kənd üçün başlıca problemlərdir. Bizdən 2 kilometr o tərəfə iran sərhəddidir. Bu problemlərdən yalnız yol problemi həll olunub. Buna görə də prezidentə təşəkkür edirik. Kəndimizdə bu gün poçt xidməti yoxdur. Sovet quruluşunu pisləməyimizə baxmayaraq, o vaxt “Stalinski” telefon deyilən aparatlardan 2 ədəd var idi.
Müstəqillik dövründə peyk aparatı deyilən sistem gəldi, lakin bu da işləmədi. Daha sonra mobil operatorlardan biri kənddə öz stansiyasını qursa da rabitə sevincimiz cəmi 1 ay çəkdi. Bir müddət sonra bu stansiya da dayandı. Televiziyaya müraciət edib dedim ki, bizim ən böyük problemimiz rabitədir.

Hər bir kəsin hərbi xidmətdə olanı, xəstəsi, uzaqda yaşayanı var. Yaxınlarımızdan məlumat almalıyıq.
Nəhayət, “Nar” kəndimizə gəldi, bu gün biz buna görə çox şadıq. Özü də kənd sakinləri bir-biri ilə dəqiqəsi 1 qəpiyə danışacaqlar. Mobil rabitənin bizim üçün üstünlüyü həm də ondadır ki, işıq sönsə də bir neçə saat keyfiyyətli rabitədən istifadə edə bilirik. Mən şəxsən bir müəllim kimi, kənd sakini kimi “Nar”a minnətdarlığımı bildirirəm ki, bizim üçün bu şəraiti yaradıb”

Kənd ağsaqqallarından biri bizimlə söhbətində bildirdi ki, telefon əlaqəsinin olmaması dözülməz vəziyyət yaratmışdı: “Mobil rabitədən çox əziyyət çəkirdik. İndiyədək quraşdırımlış stansiyalar işləmirdi. Dalğa tutsun deyə dağın başına çıxırdıq. İstədiyimiz yerlə əlaqə saxlaya bilmirdik.

agsaggal

Xəstələrimiz olurdu, yardım üçün zəng edə bilmirdik. İndi isə “Nar”ın sayəsində bu əziyyətdən qurtulduq. Uşaqlarımızla hətta keyfiyyətli görüntülü zənglə də əlaqə saxlaya bilirik. Buna görə də kəndin ağsaqqalı kimi “Nar”a təşəkkürümü bildirirəm. ”

IMG_20180714_142142

Kənd sakini Xanımnaz xanım da mobil rabitə probleminin həll olunmasına görə sevincini bölüşür: “Əvvəl burada vəziyyət çox pis idi. Heç bir şəbəkə yox idi. Telefonla əlaqə saxlamaq mümkün deyildi. Şəhərlə danışmaq üçün kənddən kənara çıxmalı idik. Bu gün isə çox sevinirik, “Nar” çox sağ olsun ki, bizim bu problemimizi həll elədi. Bizə hədiyyə verilən nömrələrlə 1 qəpik tarifi ilə danışacağıq.”

Arzuman müəllim: “Rabitə əlaqəsinin olmamasına görə kənddən çıxıb uzaq məsafələr qət edirik. Poçt rabitəsi olsaydı, müəyyən ödənişləri və digər ehtiyaclara görə uzaq məsafələrə getməzdik.

Arzuman muellim

Bu gün isə kənd əhalisi sevinclidir. Çünki indiyə qədər kəndimizdə mobil şəbəkə yox idi. İndi isə “Nar” güclü ötürücü quraşdırıb. Keyfiyyətli mobil rabitə, internet şəbəkəsi yaradılıb. Fasiləsiz olaraq bu xidmətlərdən yararlanırıq. “Nar”a, əməkdaşlarına, rəhbərliyinə dərin təşəkürümüzü bildirirk, bizi sevindirdiyiniz kimi, siz də həmişə sevinəsiniz. Uğurlar arzulayırıq!”








Xəbərin oxunma sayı : 445




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap