Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Nardaran işi: Məhkəmə qeyri-müəyyən müddətə müşavirəyə gedib

Tarix 19.01.17, 20:11

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisəsində təqsirləndirilən Taleh Bağırov və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin məhkəməsi davam edir

Müxbirimiz Günel Səfərova bildirir ki, bütün təqsirləndirilənlərin "son söz" deməsi bitib və məhkəmə qeyri-müəyyən müddətə müşavirəyə gedib.

Prokuror Taleh Bağırova ömürlük, Abbas Hüseynova 20 il, Cabbar Cabbarova 19 il, Rasim Cəbrayılova 17 il, Fuad Qəhrəmanlıya 11 il, yeniyetmə Ramin Yarıyevə 10 il, digərlərinə isə 15 il həbs cəzası istəyib.

Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə BBC Azərbaycancaya bildirib ki, məhkəmədən "ədalət gözləmir":

Həyat yoldaşına "ömürlük həbs" veriləcəyi təqdirdə, o, "ölümün üstünə necə gülə-gülə gediriksə, biz ömürlük həbsi də elə gülə-gülə qarşılayacağıq" bildirib.

"Məhkəmələrin gedişatı həqiqətən bu insanların suçsuz olduğunu üzə çıxardı," o deyib.
Bu gün baş tutmuş məhkəmədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı son söz ilə çıxış edib. Onun həyat yoldaşı BBC Azərbaycancaya deyib ki, "dövlət ittihamçısı Fuad Qəhrəmanlıya 11 il iş istəsə də, hakim ona 15 il də cəza verə bilər".

Nardaranda ötən ilin noyabr ayında keçirilən əməliyyatdan sonra saxlanılan Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərə qarşı hakimiyyəti zorla ələ keçirmə, terrorçuluq və qəsdən adam öldürmə maddələri üzrə ittihamlar irəli sürülüb.

Əməliyyat vaxtı baş vermiş silahlı qarşıdurmada ikisi polis əməkdaşı olmaqla, 6 nəfər öldürülüb (BBC).




Xəbərin oxunma sayı : 112




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap