“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Neft 80 dollar olmalıdır ki, ölkə rahat nəfəs ala bilsin“ – Ekspert gözləntilərini açıqladı

Tarix 11.05.20, 20:36

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər neftin bir barrelinin qiyməti 30 dolları keçdi. Bundan bir qədər əvvəl isə neft son 20 ildə görünməyən həddə qədər ucuzlaşdı, qiymət 15-20 dollar civarında dəyişdi.

Lakin bu, Azərbaycanın dövlət büdcəsində neftin bir barrelinin proqnozlaşdırılan qiymətindən (55) 25 dollar azdır. Azərbaycanın ixracının isə 90 faizi neft və qazın payına düşür. Bəs görəsən, Azərbaycanda "qara qızıl" daha nə qədər bahalaşmalıdır ki, problemlərin arxada qaldığı açıqlansın?

"Neft" Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban “Azadlıq” radiosuna deyib ki, Azərbaycanda problemlərə səbəb təkcə dünya bazarında neftin qiymətinin azalması deyil. Ekspertə görə, üstəlik, koronavirus pandemiyası da ölkə iqtisadiyyatına mənfi təsir göstərir, nəticədə ölkə iqtisadiyyatı daralıb.

İlham Şaban – Caspian Barrel

İ.Şaban əlavə edib ki, iqtisadiyyatın ticarət, tikinti sektorunun gəlirləri azalıb. O vurğulayıb ki, tikinti sektoru da neft-qaz gəlirlərindən qidalanırdı. Ekspertin fikrincə, bununla yanaşı, xidmət sahəsində, o cümlədən, toy və yas mərasimlərinə tətbiq edilən qadağalar, turizm sahəsindəki durğunluq da büdcəyə gəlirləri azaldıb: "İndi elə vəziyyət yaranıb ki, neftin qiymətinin aşağı düşdüyü bir vaxtda böyük şirkətlər öz büdcə xərclərinə yenidən baxırlar, kapital xərclərini azaldırlar, ya da belə xərcləri 2021-ci ilə keçirirlər. Neft sənayesində qazma əməliyyatı və s. kimi proseslər azalacaq. Burada çalışan əməkçilər üçün ya iş olmayacaq, ya da, el içində deyildiyi kimi, "quru maaş" alacaqlar, qazma ilə bağlı nəzərdə tutulan pul vəsaitlərini ala bilməyəcəklər".

İ.Şaban ehtimal edir ki, bütün bunlar Neft Fondundan (hazırda orada 41 milyard dollar ehtiyat olduğu bildirilir) büdcəyə köçürmələrin həcmini artıracaq. O xatırladıb ki, bu il üçün Fondan büdcəyə 11 milyard 350 milyon manat köçürmə nəzərdə tutulurdu.





Xəbərin oxunma sayı : 643




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap