Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

İngiltərə kralı ölən vətəndaşların əmlaklarını gizlicə ələ keçirib: 60 milyon... - “Guardian“

Tarix 25.11.23, 22:09

Font ölçüsü : - / +
bitmap-img6


"The Guardian" İngiltərə kralı Çarlz haqqında şok həqiqəti açıqlayıb.

Ölkə.Az "T24"ə istinadla xəbər verir ki, qəzet Çarlzın İngiltərənin şimal-qərbində yaşayan minlərlə insanın ölümündən qazanc götürdüyünü yazıb.

İddiaya görə, kral vəfat etmiş vətəndaşların əmlakını feodal üsulu ilə gizli şəkildə öz mirasına keçirib.

Kral Çarlz üçün böyük gəlirlər gətirən mübahisəli torpaq mülkü olan Lancaster Hersoqluğunun bu üsulla son illərdə on milyonlarla funt sterlinq topladığı bildirilir.

Feodal dövründən qalma bu sistemlə qohumu olmayan şəxs öldükdən sonra həmin şəxsə məxsus bütün var-dövlət knyazlıq tərəfindən müsadirə olunur.

Bildirilir ki, son 10 ildə kralın mirasına ən azı 60 milyon funt-sterlinq dəyərində aktivlər əlavə edilib.

Bu sistem vasitəsilə əldə edilən aktivlərdən gələn gəlirin xeyriyyə təşkilatlarına bağışlandığı da iddia edilir. Bununla belə, qəzet aktivlərin yalnız kiçik bir hissəsinin xeyriyyə məqsədləri üçün sərf olunduğunu yazıb.

Təhvil verilən əmlaklara şəhərdəki evlər, kənd və ya kurort zonalarındakı evlər, yanacaqdoldurma məntəqələri və müxtəlif kənd təsərrüfatı tikililəri daxildir.

“Guardian”ın əldə etdiyi hersoqluğun sənədlərində vəsaitlərin krala məxsus mülklərə gizli şəkildə necə maliyyələşdirildiyi aşkarlanıb.



Xəbərin oxunma sayı : 1477




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap