Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Normandiya dördlüyü”: liderlər Ukrayna ilə bağlı razılığa gəldilər

Tarix 10.12.19, 15:42

Font ölçüsü : - / +
bitmap-img6


Parisdə Şərqi Ukraynadakı vəziyyəti həll etmək üçün toplanan “Normandiya formatı” sammitindən sonra 4 ölkənin – Almaniya, Rusiya, Ukrayna və Fransa rəhbərləri mətbuat konfransı keçiriblər.

Konfransda bildirilib ki, Fransa, Almaniya, Rusiya və Ukraynanın dövlət rəhbərləri 2019-cu ilin sonuna qədər regionda sabitliyi təmin etmək məqsədilə Şərqi Ukraynada atəşkəsi dəstəkləyən tədbirlərin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər.

Mətbuat konfransını Fransa prezidenti Emmanuel Makron açaraq, “Normandiya dördlüyü”nün görüşünün qənaətbəxş olduğunu bildirib. Almaniya kansleri Angela Merkel çətin məsələlərin həlli istiqamətində güclü iradənin olduğunu qeyd edib.

Ukrayna prezidenti də Paris görüşünün uğurlu olduğunu bildirib. Vladimir Zelenski qeyd edib ki, təhlükəsizlik təmin edilmədən siyasi həll mümkün deyil.

Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı ilə görüşün yaxşı keçdiyini və qənaətbəxş olduğunu deyib. O, əsasən Minsk sazişinin həyata keçirilməsi məsələsinə toxunub.

Görüşdə birgə bəyanatın qəbul edildiyi, əsirlərin dəyişdirilməsi məsələsində razılıq əldə olunduğu diqqətə çatdırılıb.

Mətbuat konfransında “Normandiya dördlüyü”nün növbəti görüşünün dörd aydan sonra keçirilməsi ilə bağlı razılığa gəlindiyi vurğulanıb(azərtac).



Xəbərin oxunma sayı : 280




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap