Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Novostroyka“dakı mənzillərin “kupça“sı... - Qiymətlər elan olundu

Tarix 23.02.19, 14:07

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda və bölgələrdə yeni tikilən binalarda ("novostroyka" laı da) mənzillərin dövlət qeydiyyatı haqqında çıxarışın əldə edilməsi üçün ödənişin məbləği açıqlanıb. 

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirib ki, yeni inşa edilmiş binalarda mənzil sahibləri rahatlıqla ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə (DƏDRX) və ərazi şöbələrinə, eləcə də, komitənin yeni yaradılan Əmlak Xidmətləri Məkanına rahat şəkildə müraciət edərək əmlak çıxarışlarını ala bilərlər. 

Çıxarışın alınması üçün xərclər digər mənzillərdə olduğu kimidir: "Bakı şəhərində yeni tikililərdəki mənzillərə ilkin qeydiyyat zamanı çıxarışların alınması üçün xərc 50 manat təşkil edir. Bunun 20 manatı xidmət haqqı, 30 manatı isə dövlət rüsumudur".

Digər şəhər və rayonlarda ödəniş məbləğləri əmsallardan asılı olaraq dəyişir. O cümlədən, texniki pasportun tərtib edilməsi üçün ödənişlər həm də mənzilin sahəsindən asılıdır. 

Mənzil sahibləri qeydiyyat və çıxarış alınması üçün xərcləri özləri də hesablaya bilərlər: "Komitənin rəsmi internet səhifəsində Əmlakın Qeydiyyatı Kalkulyatoru da yerləşdirilib. Bundan istifadə edərək vətəndaşlar aldıqlan mənzilin dövlət çıxarışı üçün dövlət rüsumunu və xidmət haqqını öyrənə bilirlər". 

Q.Xəlılov bildirib ki, mənzil sahibləri bu ödənişləri elektron şəkildə də apara bilərlər. 

Komitə rəsmisi bildirir ki, yeni inşa edilmiş mənzillərin qeydiyyata alınması üçün, binanın istismara qəbul aktı, MTK-la vətəndaşlar arasında alqı-satqı müqaviləsi və mənzilin pulunun ödənilməsi ilə bağlı maliyyə arayışı təqdim olunmalıdır: "Bu sənədlərin təqdim oluması kifayətdir ki, istənilən vətəndaş yeni inşa edilmiş binada öz mənzilinin çıxarışını əldə edə bilsin". 

Yeri gəlmişkən, yeni inşa edilmiş hündür binalarının mənzillərinin dövlət revstrindən çıxarışlarının alınıb-alınmaması ilə bağlı elektron xidmət də var. Vətəndaş bu xidmətdən istifadə edərək hər hansı binada mənzilə çıxarışın verilib- verilməyəcəyini əvvəlcədən öyrənə bilir. (fed.az)



Xəbərin oxunma sayı : 592




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap