“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

İnternet niyə bahalaşdı? - Nazir müşavirindən açıqlama + FOTO

Tarix 11.08.22, 21:08

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün Azərbaycanda, əhalinin, demək olar ki, 85 faizi internetdən istifadə edir. Ölkəmizdə sabit genişzolaqlı internet istifadəçilərinin təxminən 70%-i internet xidmətlərini ADSL üzərindən alır. Bu texnologiyanın saniyədə 10 Mb-dan yuxarı həddi var”.

Bu fikirləri Bakupost.az-a açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.

O, internet qiymətlərinin artması ilə bağlı məsələyə də aydınlıq gətirib:


“Dövlət telekommunikasiya operatorları və özəl şirkətlər arasında dövlət-özəl tərəfdaşlıq modeli (PPP) ilə gücləndirilmiş birgə səylər nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 Mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən fiber-optik kabel şəbəkəsi qurmağı hədəfləyirik.

Hazırda internetlə bağlı aparılan tarif siyasəti əhaliyə aşağı qiymətə daha yüksək sürətli internetdən istifadə imkanı verir. “Baktelecom” və “Aztelekom” şəbəkələri üzrə GPON texnologiyasının tətbiqi istiqamətində telekommunikasiya xidmətlərində edilmiş son tarif dəyişikliyi məhz buna xidmət edir”.

R.Bayramovun sözlərinə görə, bu dəyişiklik nəticəsində xidmət istifadəçilərinin internet sürəti üç-dörd qat artırılır və onlar köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün iki dəfə az ödəniş edirlər:

“Qeyd etməliyik ki, əhalinin böyük hissəsinin müasir internet texnologiyalarından istifadə etməsi nəticəsində bu istiqamətdə rəqəmsal bilik, bacarıq və vərdişlərə yiyələnməsi ölkəmizdə həyata keçirilən rəqəmsallaşma, rəqəmsal transformasiya layihələri üçün əsas dəstəkləyici faktorlardan olacaq”.



Xəbərin oxunma sayı : 712




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap