“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Nyukasl”la oyunu indidən düşünməyə ehtiyac yoxdur” - Kadi Borges

Tarix 02.02.26, 14:10

Font ölçüsü : - / +
bitmap-img6


“Zədəli olduğum dövr mənim üçün olduqca çətin keçdi. Amma bu, hər bir idmançının karyerasında qarşılaşdığı mərhələlərdən biridir. Əsas odur ki, bu mərhələni düzgün keçəsən. İndi həm psixoloji, həm də fiziki baxımdan daha güclü qayıtmağa çalışıram. Düşünürəm ki, bunun öhdəsindən gələ biləcəyəm”.

AzFakt.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Kadi Borges deyib.

29 yaşlı braziliyalı yarımmüdafiəçi Premyer Liqanın son turunda evdə “Turan Tovuz” üzərində 1:0 hesablı qələbəni də dəyərləndirib: “Çətin oyun olacağını gözləyirdik və elə də oldu. Rəqib çox aqressiv komandadır, birəbir mübarizələrdə güclü futbolçuları var. Standart vəziyyətlərə xüsusi önəm verirlər. Düşünürəm ki, qarşımıza qoyulan məqsədə çatdıq və layiqli şəkildə 3 xal qazandıq”.

Kadi Çempionlar Liqasının 1/8 finalına vəsiqə uğrunda “Nyukasl”la keçiriləcək oyun barədə də fikirlərini bölüşüb: “Məncə, rəqibi keçib-keçməyəcəyimizi, “Nyukasl”la oyunu indidən düşünməyə ehtiyac yoxdur. Sadəcə meydana çıxıb son dəqiqəyə qədər mübarizə aparmalı və ən yaxşı oyunuzu göstərməliyik. Nəticənin necə olacağı isə Allahın əlindədir”.



Xəbərin oxunma sayı : 208




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap