Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Oğlum işə düzələnə qədər namaz qılıb“ - Zərdabın axundu

Tarix 03.12.19, 12:00

Font ölçüsü : - / +
bitmap-img6

 
Mətbuatda Zərdab rayon Cümə məscidinin axundunun oğlu içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumat yayılmışdı.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən axund Feyzulla Tağıyev oğlunun maşınının saxlanmasının təfərrüatlarını danışıb:

"Yol polisinin saxladığı avtomobil həqiqətən də mənim oğlum Məzahir Tağıyevindir. O, işi ilə bağlı içmir. Oğlumun dostları bir günlük evə gəldiyi üçün ona deyiblər ki, gedək yeyib-içək. Hadisə də həmin məclisdən çıxanda baş verib. Oğlum maşını sərxoş vəziyyətdə sürməyib. Oğlumun yanındakı dostları sərxoş olub. Onlar maşından düşüb, səs-küy yaratdığına görə, oğlumunun adını aktlaşdırıblar. Oğlum indi işinə görə namaz zad qılmır. Amma işə düzələnə qədər namaz qılıb".

Qeyd edək ki, ötən gün Zədab rayonunun mərkəzi küçəsində Məzahir Feyzulla oğlu Tağıyevin idarə etdiyi “10 LF 572” dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtomobili yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Yoxlamalar zamanı məlum olub ki, M. Tağıyev içkili vəziyyətdə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edir. Saxlanılan şəxs barədə müvafiq qaydalar çərçivəsində tədbir görülüb.



Xəbərin oxunma sayı : 562




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap