Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Oskar” mükafatının qalibləri açıqlandı –SİYAHI

Tarix 05.03.18, 16:52

Font ölçüsü : - / +
bitmap-img6


 “Suyun forması” “Ən yaxşı film” nominasiyası da daxil olmaqla dörd “Oskar” alıb.

Guillermo del Toronun filmində lal-kar qadının hökumət laboratoriyasında saxlanan sirli amfibiya məxluqa eşqindən söz açılır. Los Ancelesdə Akademiya Mükafatlarının təqdimat mərasimi martın 4-də keçirilib.  Qarİ Oldman “Ən qaranlıq  saat” filmində yaratdığı Uinston Cörçill obrazına görə ən yaxşı aktyor seçilib. 59 yaşlı Oldman daha öncə “Qızıl Qlobus” və bir sıra başqa tədbirlərdə mükafatlar qazanmışdı. Frances McDormand isə “Missuridə Ebbinq kənarında üç bilbord” filmindəki roluna görə ən yaxşı aktrisa adını alıb. (Azadlıq radiosu)

Bundan başqa, xarici dildə ən yaxşı film nominasiyasında “A fantastic woman” filmi, ən yaxşı animasiya filmi nominasiyasında “Coco”, ən yaxşı sənədli film “ İcraus”, ən yaxşı qıs animasiya filmi nominasiyasında “Dear basketball, ən yaxşı qısametrajlı film nominasiyasında “The silent child” mükafata layiq görülüb.  (APA)

"Oskar"ın digər mükafatları ən yaxşı qrim işi, ən yaxşı saç düzümü, ən yaxşı texniki effektlər və s. görə təqdim edilib.

Qeyd edək ki, Amerika Kino Akademiyasının təsis etdiyi "Oskar" mükafatı kinematoqrafiya sahəsində ən nüfuzlu mükafat sayılır. İldə bir dəfə təqdim edilən mükafat 1927-ci ildə təsis edilib. İlk mükafatın təqdim etmə mərasimi 1929-cu il mayın 16-da Los Ancelesdə "Hollivud Ruzvelt" hotelində baş tutub, 12 nominasiya üzrə qaliblər mükafatlandırılıb.



Xəbərin oxunma sayı : 316




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap