|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
“Passiv qazanc” dalınca qaçan bankirlər –Banklar sahibkarlara nə üçün kredit vermir? (TƏHLİL)
Tarix 03.06.18, 18:17 |
|
2015-ci ildə baş vermiş devalvasiya təkcə bank sektoruna yox, sahibkarlıq subyektlərinə də bir sıra problemlər yaratdı. Manatın iki dəfədən çox dəyər itirməsi bir tərəfdən xarici valyuta ilə kredit götürmüş sahibkarları borc bataqlığına saldı, digər tərəfdən də onların kredit götürmək imkanlarını məhdudlaşdırdı.
Maliyyə resursu sahibkarlığın inkişafı üçün çox vacibdir. Bu vəsait sahibkara imkan verir ki, fəaliyyətini genişləndirsin, yeni iş yerləri açsın, yeni texnologiyalara yiyələnsin, istehsal vasitələrini dövri olaraq yeniləsin. Bütün bunları edə bilmədikdə bazarda təklif yaradan iştirakçıların sayı azalır və rəqabət mühiti pozulur.
Azərbaycanda sahibkarların pul resurslarına ən əlçatan mənbəyi bank kreditləridir. Ölkədə kapital bazarı zəif inkişaf etdiyindən sahibkarlar pul resursunu əsasən bank sektorundan cəlb edirlər. Ancaq devalvasiyanın bank sektorunu çətin vəziyyətə salması biznesin yeganə maliyyə mənbəyinə çıxışını da məhdudlaşdırıb. Səbəb bankların kredit şərtlərini sərtləşdirməsi, riskli kredit qoyuluşunda maraqlı olmaması, sahibkarların kredit tarixçələrinin pisləşməsidir. Devalvasiyadan sonra sahibkarların kreditə çıxışının pisləşməsini Mərkəzi Bankın rəsmi rəqəmləri da təsdiq edir. Rəsmi məlumata görə, 2015-ci ildə özünün pik həddinə çatan ümumi kredit qoyuluşu sonra üzü aşağı getməyə başlayıb və 2018-ci ilin mart ayının sonuna 46,3% azalaraq 21,7 milyard manatdan 11,7 milyard manata düşüb.
Azalma kreditləşmənin bütün sahələrində, o cümlədən kiçik və orta sahibkarlıq subyektlərinin üstünlük təşkil etdiyi sahələrdə də (ticarət və xidmət, kənd təsərrüfatı və emal, nəqliyyat və rabitə, inşaat və əmlak) baş verib. Konkret desək, 2015-ci ildən 2018-ci ilin I rübünə qədərki dövr ərzində ticarət və xidmət sektorunun kreditləşməsi 35,8%, nəqliyyat və rabitə üzrə kreditləşmə 32,7%, sənaye və istehsal üzrə 66,7%, inşaat və əmlak üzrə 82,7%, kənd təsərrüfatı üzrə kreditləşmə 11,8% azalıb. Kənd təsərrüfatı sektorunda azalmanın nisbətən aşağı olmasına səbəb Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun timsalında dövlət institutları tərəfindən güzəştli maliyyələşmə dəstəyinin davam etdirilməsidir.
Bankların balansının təhlili göstərir ki, devalvasiya nəticəsində aktivlərin pisləşməsi bankları 2012-2014-cü illərdə həyata keçirdikləri aktiv kreditləşmə siyasətindən əl çəkməyə, vəsaitləri az gəlirli, az riskli sahələrə yönəltməyə vadar edib. 2012-2014-cü illərdə banklar aktivlərinin 70%-dən çoxunu kreditləşməyə yönəldirdisə, hazırda bu rəqəm kəskin azalaraq 2018-ci ilin I rübü üçün 41%-ə düşüb. Yəni banklar hazırda əlindəki hər 100 manatın cəmi 41 manatını kreditləşməyə yönəldir. Bu vəsaitin təxminən 40%-ni (təxminən 16 manat) istehlak kreditlərinin təşkil etdiyini nəzərə alsaq, görərik ki, bank aktivlərinin hər 100 manatının cəmi 25 manatı sahibkarlığa yönəldililir.
2013-2015-ci illərdə maliyyə sektoruna verilmiş depozitlərin ayrıca statistikası aparılmadığından bura maliyyə sektoruna verilmiş kreditlər də daxildir
Bəs banklar kreditə vermədikləri vəsaitləri hara yönəldirlər? Axı bank öhdəliklərinin təxminən 75%-i depozitlər hesabına formalaşır və banklar qazandıqları vəsaitin bir hissəsini depozit sahiblərinə faiz şəklində ödəməlidir?
Görünən odur ki, banklarımız hazırda iqtisadiyyatı pulla təmin etmək kimi vacib öhdəliyini yerinə yetirmək əvəzinə passiv qazanc əldə etmək siyasəti yürüdür. Bunu təkcə kredit ala bilməyən sahibkarlar yox, rəsmi rəqəmlər də deyir. Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi məlumatlarına görə, banklar sərəncamlarındakı pullarıın bir hissəsini alternativ olaraq qiymətli kağızlara və Mərkəzi Bankın tənzimləyici bazar alətlərinə yatırır. 2016-cı ildə banklar aktivlərinin 1,3%-ni qiymətli kağızlara yönəldirdisə, 2018-ci ilin I rübünə bu göstərici əhəmiyyətli dərəcədə artaraq 8,3%-ə yüksəlib. Kiçik və orta sahibkarlarla yanaşı iri sahibkarların da kapital bazarında iştirakı və qiymətli kağız (səhm, istiqraz) buraxmaq imkanları faktiki məhdud olduğundan banklar vəsaitlərini əsasən Mərkəzi Bankın qısamüddətli notlarına yatırmaqla kifayətlənir. Məsələn, 2018-ci ilin 5 ayı ərzində Mərkəzi Bank Bakı Fond Birjasında 24 dəfə qısamüddətli (28 günlük) not yerləşdirib. Notların illik faiz dərəcəsi əvvəlcə 14% olsa da, sonra bu rəqəm 8,01%-ə endirilib. Yerləşdirmə prosesində bankların tələbi təklifi ən azı 2 dəfə üstələyib, bəzi hallarda fərq 5 dəfəyədək artıb. Notlar vasitəsilə banklar bu il 43 milyon manatdan çox gəlir əldə edib. Bu, bankların passiv qazanc götürmə üsullarından biridir.
Digər passiv qazanc mənbəyi Mərkəzi Bankın hər həftə təşkil etdiyi depozit hərracıdır. Cari ilin yanvar-may aylarında depozit hərraclarının sayı 24-ə çatıb və hərracda tələb təklifi 3-4 dəfə üstələyib. 14 günlük depozit cəlbini nəzərdə tutan hərrac vasitəsilə banklar təxminən 23 milyon manatdan çox gəlir əldə edib. Ümumilikdə isə banklar Mərkəzi Bankın qısamüddətli notlarını almaqla və depozit hərracında iştirak etməklə bu ilin ilk 5 ayı ərzində 66 milyon manatdan çox qazanc götürüb. Bu qazancı əldə etmək üçün onlar əllərindəki vəsaitləri illik 8,01%-lə Mərkəzi Banka “ölü kapital” kimi yatırıb. Halbuki sahibkarlar kredit üçün banklara müraciət etdikdə onlara təklif olunan kreditin illik faiz dərəcəsi Mərkəzi Bankın təklif etdiyi faiz dərəcəsindən 2-3 dəfə çox olur. Real sektorda riskin yüksək olması, problemli kreditlərin artması, etibarlı müştərilərin qıtlığı bankları maliyyəni buna daha çox ehtiyac duyan real sektora yox, Mərkəzi Bankın pul kütləsini tənzimləmək üçün təşkil etdiyi açıq bazar və depozit əməliyyatlarına yönəltməyə vadar edir.
Banklar faktiki olaraq aktivlərinin təxminən ¼-ni depozit şəklində digər maliyyə institutlarına, o cümlədən banklara yerləşdirir. Halbuki devalvasiyaya qədər bu göstərici 4% ətrafında olub.
Bu gün sahibkarların əlverişli kreditə çıxış mənbəyindən biri də dövlət institutları tərəfindən verilən güzəştli kredit xəttidir. Əsas mənbə olan Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlıq subyektlərinə, xüsusən də kənd təsərrüfatı məhsullarının istehsalı üçün hər il 150-250 milyon manat həcmində güzəştli kredit ayrılır. Digər dövlət qurumları olan Kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrin və proqramların Dövlət Xidmətinin və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun ayırdıqları kreditlər bir neçə milyon manatdan çox deyil. Ümumilikdə dövlət xətti ilə ayrılan vəsaitlər biznesin tələbatının cüzi hissəsini təmin edir. Deməli, əsas güc bankların üzərinə düşür. Ötən il maliyyə sahəsində risklərin bölüşdürülməsinə və sahibkarların maliyyə vəsaitlərinə çıxış imkanlarının artırılmasına imkan verən Kredit Zəmanət Fondu yaradılsa da, Fond hələ də işini tam qura bilməyib.
Pul təkcə dükandan mal alan, restoranda hesab ödəyən istehlakçıya yox, həmin ticarət və ictimai iaşə obyektlərini quran, işlədən istehsalçıya da lazım olur. İstehsalçı istehlakı təmin etmək üçün pul tapa bilmirsə, bazarda məhsul və xidmət qıtlığı yaranır, bu halda istehlakçının da pula ehtiyacı artır. Odur ki, rəqabətə tab gətirə bilsin deyə sahibkarlıq subyektinin istehsal, satış və xidmət üçün ehtiyacı olan pul resursunu borc şəklində əldə etmək imkanı olmalıdır.
Baku Research İnstitute (Bakı Araşdırmalar İnstitutu)
Samir Əliyev
Iqtisadçı –ekspert
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin üzvü
Xəbərin oxunma sayı : 415
İqtisadiyyat
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV