Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Putin Azərbaycanı heç vaxt satmaz” - İlham Əliyev

Tarix 11.04.17, 16:43

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın tanınmış teleaparıcısı Vladimir Solovyev bu gün Vesti.FM-in canlı efirində Bakıya səfəri və prezident İlham Əliyevlə iki saatlıq görüşündən danışıb

“Qafqazinfo” xəbər verir ki, aparıcı bildirib ki, Bakıya səfərinin məqsədi məhz prezident Əliyevlə görüş olub:

“Mənə çox maraqlı idi. Dövlət liderləri ilə söhbət hər zaman maraqlıdır. 

Xatırladaq ki, Solovyev aprelin 7-də Bakıda səfərdə olub. Səfərin qısamüddətli olması və ABŞ-ın Suriyanın aviabazalarını bombalaması ilə əlaqədar proqramı yarımçıq qalsa da, aparıcı şəhəri gəzə bildiyini deyib: “Bakının yolları qüsursuzdur. Görünür, çoxlu pullar qoyulub, çox baxımlıdır”.

Solovyevin sözlərinə görə, onun Bakı səfərinə çoxdan hazırlıqlar görülürdü: “Azərbaycan prezidentindən soruşmalı olduğum şeylər vardı. Mənə qarşı hər kəs son dərəcə nəzakətli və xeyirxah idi. İlham Əliyevin fotolardakından daha cavan görünməsi məni təəccübləndirdi. Hündürboy, xeyirxah idi. Açıq söhbətimiz oldu və bu söhbətə görə ona təşəkkür etmək istəyirəm.

Mən gördüm ki, İlham Əliyev çox savadlı, ağıllı, şübhəsiz siyasətçi, həm də başqa tip siyasətçi - əsl dövlət xadimidir”.

Solovyev onu da qeyd edib ki, İlham Əliyevlə söhbət əsnasında Ermənistan rəhbərliyinə qarşı heç bir təhqiredici söz eşitmədi:

“İlham Əliyev Amerikaya münasibəti barədə maraqlı danışdı. Onun Amerikaya heç bir pərəstişi yoxdur. Prezident bildirdi ki, ABŞ-a biz kasıb və zəif lazımıq, əgər birdən varlansaq, o anda korrupsiya söhbətləri başlayır, biz o dəqiqə pis oluruq". 

O, müxalifətlə necə bacardığı haqda danışıb və deyib: “Mən sadəcə olaraq xaricdən gələn maliyyə axınına nəzarət etməyə başladım və müxalifət özü zəiflədi". 

Biz Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıqdan danışanda mən dedim ki, Rusiya Azərbaycanı heç vaxt satmaz. O, etiraz etdi və bildirdi ki, Putin heç vaxt satmaz”.



Xəbərin oxunma sayı : 298




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap