Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Qarabağ bizim milli məsələmizdir” – Türkiyə parlamentinin spikeri

Tarix 24.05.18, 4:10

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri İsmayıl Qəhrəman bu ölkədə rəsmi səfərdə olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu qəbul edib.

“Report”un “Anadolu” agentlyinə istinadla məlumatına görə, TBMM sədri F. Muradovla bir çox məsələlərlə bağlı fikir mübadiləsi aparıb.

İ. Qəhrəman görüşdə Qarabağ məsələsinə toxunub və bildirib ki, “Qarabağ bizim milli məsələmizdir. Nə yazıq ki, dünyanın gözü önündə böyük haqsızlıq yaşanmaqdadır. Dünya bu və buna bənzər haqsızlıqlara qarşı seyrçi qalmamalıdır”.

Komitə sədri F. Muradov isə hər bir azərbaycanlının qəlbinin Türkiyə ilə çırpındığını bildirib: “İnanıram ki, bu ürəklər birləşib böyük işlər görəcək”.

F. Muradov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən işlərin iki ölkənin gələcəyi üçün edildiyini qeyd edib. “İnsanlarımız arasında böyük körpülər var. Bu körpülər ulu öndər Heydər Əliyev tərəfindən qurulub. Bunlar sülh və dostluq körpüləridir, – deyə komitə sədri əlavə edib.



Xəbərin oxunma sayı : 214




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap