Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

“Qarabağ Taxıl” toxum satışına başladığını elan edib

Tarix 10.02.18, 1:00

Font ölçüsü : - / +
bitmap-img6


“Səba” şirkətinin taxılçılıq müəssisəsi “Qarabağ Taxıl” yeni əkin mövsümü üçün toxum satışına başladığını elan edib. Müəssisə bu il fermerlərin ixtiyarına aqronom məsləhəti qaynar xətti də verdiyini bildirib.

“Qarabağ Taxıl” dünyanın məşhur toxum istehsalçısı DuPont şirkətinin Pioneer brendinin qarğıdalı toxumlarının Azərbaycanda eksklüziv distribüteridir. Müəssisə bu brendin GMO-dan azad, Avropa istehsallı toxumlarını öz əkinlərində istifadə etməklə yanaşı, fermerlərə də təklif edir.

“Qarabağ Taxıl” bu il fermerlərə təklif etdiyi toxum çeşidində yeniliklərli olduğunu bəyan edib. İlk dəfə olaraq, ölkəmizdə Türkiyənin məşhur MAY toxumçuluq şirkətinin soya toxumları təqdim olunmağa başlayıb. Bu məşhur brendin toxumlarını öz sahələrində sınaqdan çıxarıb, əkin sahələrində istifadə edən “Qarabağ Taxıl” “MAY-Agro Tohumculuk Sanayi Ve Ticaret” şirkəti ilə bağladığı müqaviləyə əsasən, şirkətin soya toxumlarını fermerlərə də təqdim edir. MAY Toxum-un xəstəlik və zərərvericilərə dözümlü, GMO-dan azad soya toxumları yüksək məhsuldarlıq qabiliyyətinə malikdir.

Səba-nın toxumçuluq müəssisəsi olan “Qarabağ Toxum”-un Azərbaycanın ərzaq təhlükəsizliyinin təmini məqsədilə və fermerlərin yerli taxıl sortlarına tələbatını nəzərə alaraq istehsal etdiyi buğda toxumlarını da müəssisədən əldə etmək olar.

“Səba”-dan toxum alan fermerlər eyni zamanda bitkilərə aqrokimyəvi qulluq barədə məsləhətlər əldə etmiş olacaqlar. Məqsəd müəssisənin təklif etdiyi toxumların yüksək məhsuldarlıq qabiliyyətini hər bir fermerin sahəsində nümayiş etdirmək və fermerlərin məlumatlılığını artırmaqdır.

“Səba”-dan toxum almaq istəyənlər satış üçün +994502718200, aqronom məsləhəti üçün +994502718286 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.




Xəbərin oxunma sayı : 193




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap