Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

İqbal Əbilovun həbs detalları məlum oldu: Ermənistanla gizli Skype sövdələşmələri...

Tarix 25.07.24, 12:21

Font ölçüsü : - / +
bitmap-img6


24 iyul 2024-cü ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsində Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Əbilov İqbal Şahin oğlu barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, xarici ölkədə yaşayan adıçəkilən şəxs Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Əbilov İqbal Şahin oğlu üçüncü ölkə ərazisində məskunlaşıb Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan Respublikası ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilir.

Məhkəmə prosesində digər dəlillərlə yanaşı İqbal Əbilovun Yerevan Dövlət Universitetinin Şərqşünaslıq kafedrasının rəhbəri və Ermənistanda fəaliyyət göstərən Şərqşünaslıq İnstitutunun direktoru - Ermənistan xüsusi xidmət orqanlarının nəzarətində Azərbaycanın ərazi bütövlüyü əleyhinə məqsədyönlü iş aparan Asatrian Garnik Seroboviç ilə SKYPE vasitəsilə apardığı gizli danışıqlar və sövdələşmələri də elan edilib.

Müəyyən olunur ki, İ.Əbilovun xarici xüsusi xidmət orqanlarının nümayəndələri ilə birgə müxtəlif ölkələrdə olan pozucu qüvvələri cəlb etməklə Azərbaycanın ərazi bütövlüyü əleyhinə qondarma təşkilatın fəaliyyətini təşkil etməsinə, həmçinin Ermənistan XXO ilə əlaqəli Vardan Voskanyan və digərlərinin ölkəmizə qarşı düşmənçilik fəaliyyəti həyata keçirməsinə kömək etməsinə də şübhələr var.

Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.

Məhkəmə İlqar Əbilov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.



Xəbərin oxunma sayı : 733




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap