Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Beyləqannda şəhid Fərid Vəliyevin mövludu məzarı başında qeyd olunub - FOTOLAR

Tarix 02.09.24, 21:31

Font ölçüsü : - / +
bitmap-img6


01 sentyabr 2024-cü il tarixdə Beyləqan rayonu Əhmədli kəndində 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Vəliyev Fərid Güloğlan oğlunun doğum günü qeyd olundu.
 
AzFakt.com xəbər verir ki, Anım günündə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, Rayon Prokuroru Ramazan Hadıyev, Rayon Məhkəməsinin hakimi Ramiz Nurullayev, RİH başçısı aparatının əməkdaşları, şəhidin ailəsi, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və kənd ictimaiyyəti iştirak edib.
 
Şəhid Vəliyev Fəridin və digər şəhidlərimizin məzarları üzərinə tər gül dəstələri düzülüb, əziz ruhlarına dualar oxunub.
 
Şəhid Fərid Vəliyev 1993-cü il sentyabrın 1-də Beyləqan rayonunun Əhmədli kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Fərid Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Vəliyev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Fərid Vəliyev ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
 
Allah rəhmət eləsin.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.




Xəbərin oxunma sayı : 946




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap