Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Azərbaycanlılar ölkəyə pul göndərə bilmir - SƏBƏB

Tarix 14.09.24, 12:53

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, 2024-cü ilin altı ayı ərzində fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi yarıdan çox azalıb. Məlumata görə, transfertlərin həcmi ötən illə müqayisədə 608 milyon dollardan 287,1 milyon dollara düşüb.

Məsələ ilə bağlı Axar.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Rusiyadan Azərbaycana pul köçürülməsinin azalması gözlənilən idi.

"Bu trend çoxdan başlayıb. Çünki Rusiyada artıq 3 aydır valyutaya çıxış imkanları xeyli məhdudlaşıb. Rubl ucuzlaşıb, orada çalışan azərbaycanlılar artıq əvvəlki kimi pul qazana bilmir, rubl ilə qazandıqları pulu valyutaya çevirməkdə çətinlik çəkirlər. Ona görə də bunun baş verəcəyi gözlənilirdi. Mənə elə gəlir ki, hazırkı tendensiya bundan sonra da azalan tempdə davam edəcək. Bu isə müəyyən problemlər yarada bilər. Çünki Azərbaycanda bəzi regionlar var ki, Rusiyadan gələn pul orada çox önəmli rol oynayır. Dolanışığını Rusiyadan gələn pullar hesabına keçirən ailələrin gəlirləri azaldıqca sosial qayğıları, narazılıqları da artacaq”, - o əlavə edib.



Xəbərin oxunma sayı : 829




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap