Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Maaş, pensiya və müavinətlər artacaq - 2 milyard ayrıldı

Tarix 18.09.24, 15:06

Font ölçüsü : - / +
bitmap-img6


2025-ci ildə Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olması nəzərdə tutulur.

AzFakt.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilib. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 13,8 % çoxdur.

Eyni zamanda Azərbaycanın 2025-ci il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 70 ABŞ dolları götürülüb. Bu rəqəm 2024-cü illə müqayisədə 5 ABŞ dolları azdır. socar vakansiya

Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin artırılmasını nəzərə alsaq bunun pensiya, maaş və müavinətlərə necə təsir edəcəyi maraqla qarşılanır.

Bununla bağlı iqtisadçı-ekspert Xalid Kərimliyə müraciət etdik. Ekspert BAKU.WS-ə açıqlamasında bildirdi ki, yeni büdcənin əsas xüsusiyyətlərindən biri neftin qiyməti ilə bağlıdır və 70 dollar kifayət qədər yüksək rəqəmdir:

"Hazırda qiymətlərdə müşahidə edirik ki, 75-80 dollar arasında neft ticarət olunur və gələn il üçün də ümumiyyətlə neftin orta qiymətinin 70 dollardan aşağı olacağı gözlənilir. Büdcə hazırlanarkən neftin qiyməti kritik götürülüb.

Büdcə 2024-cü ilin artırılmış büdcəsi ilə təxminən eynidir. Açıqlanan rəqəmlər hələ təsdiq olunmayıb. Növbəti mərhələdə Milli Məclisdə büdcəyə baxılacaq, buna dəyişikliklər və təklif hazırlanacaq.

Hazırki rəqəmlərə əsasən, 39 milyard 670 milyonluq büdcənin 63 faizinin (təqribən 25 milyard manat) cari xərclərə ayrılması nəzərdə tutulub. 12,3 milyard manat investisiya xərclərinə, yerdə qalan hissə isə dövlət borcunun ödənilməsi ilə bağlı xərclərə gedəcək.

Büdcədə diqqəti cəlb edən məsələ cari xərclərin 25 milyard manata qaldırılmasıdır. Ötən il bu rəqəm 23 milyard təşkil edirdi. Təqribən 2 milyard manatlıq cari xərclərin artımı əsasən əmək haqqı, pensiya, sosial müavinət, sosial ödənişlərin və ünvanlı sosial yardımların artımına yönələcək. Artımlarla bağlı dəqiq rəqəmlər 2025-ci ilin yanvar ayında məlum olacaq.

Statistik məlumatlara əsasən, indiki dövrdə yanvar-iyul aylarında 8,3 faizlik rəqəm görünür. Bu temp saxlanılsa, gələn ilin büdcəsində pensiyalar ən azı 8,3 faiz artırılacaq. Hesab edirəm ki, minimum əmək haqqında 10 -15 faizlik artım olacaq və bu da büdcədə maliyyələşən şəxslərin maaşlarına təsir göstərəcək.

Hazırda inflyasiya 3,5 faiz ətrafındadır. Ünvanlı sosial yardımlar, yaşayış minimumu kimi məsələlərdə məhz bu inflyasiya rəqəminə uyğun olaraq müəyyənləşəcək. Təqribən onlarda da inflyasiya rəqəminə uyğun artımlar nəzərdə tutulacaq".



Xəbərin oxunma sayı : 412




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap