Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Avropa ölkələrində “Aİ-95” markalı benzinin qiyməti – Tam siyahı

Tarix 18.09.24, 14:51

Font ölçüsü : - / +
bitmap-img6


Avropa ölkələri arasında “Aİ-95” (“Premium”) markalı benzinin qiymətinə görə Azərbaycan 3-cü sırada qərarlaşıb.

Yeniavaz.com məşhur “Autotraveler” portalının sentyabr ayı üçün açıqladığı məlumata istinadən xəbər verir ki, “Aİ-95” markalı benzinin ən ucuz satıldığı ölkə Rusiya olub.
Şimal qonşumuzda “Aİ-95” markalı benzinin 1 litrinin orta qiyməti 0,58 avro (1 manat 9 qəpik) təşkil edib.
Avropa ölkələri arasında “Aİ-95” markalı benzinin ən baha qiymətə satıldığı ölkə isə Niderland hesab olunur. Bu ölkədə “Aİ-95” markalı benzinin 1 litri 2,07 avroya (3 manat 91 qəpik) satılıb.
Avropa ölkələri arasında 3-cü sırada olan Azərbaycanda “Aİ-95” markalı benzinin 1 litrinin qiyməti 1 manat 60 qəpiyə (0,85 avro) bərabərdir.
Avropada “Aİ-95” markalı benzinin Azərbaycandan ucuz olduğu 2 ölkə olub – Rusiya və Belarus. 

Sentyabar ayında Avropa ölkələrində “Aİ-95” markalı benzinin orta qiyməti aşağıdaki kimi olub:

Rusiya – 0,58 avro
Belarus – 0,70 avro
Azərbaycan – 0,85 avro
Türkiyə– 1,1 avro
Gürcüstan – 1,12 avro
Moldova – 1,18 avro
Şimali Makedoniya – 1,21 avro
Ukrayna – 1,24 avro
Ermənistan – 1,25 avro
Bolqarıstan – 1,28 avro
Bosniya və Herseqovina – 1,32 avro
Andorra – 1,33 avro
Malta – 1,34 avro
Litva – 1,35 avro
Rumıniya – 1,37 avro
Polşa – 1,41 avro
Kipr – 1,41 avro
Monteneqro – 1,42 avro
Çexiya – 1,43 avro
Lüksemburq – 1,43 avro
Xorvatiya – 1,45 avro
Macarıstan – 1,47 avro
İsveç – 1,47 avro
Sloveniya – 1,49 avro
İspaniya – 1,49 avro
Slovakiya – 1,49 avro
Latviya – 1,50 avro
Serbiya – 1,53 avro
Avstriya – 1,54 avro
Estoniya – 1,58 avro
Belçika – 1,61 avro
Portuqaliya – 1,68 avro
Almaniya – 1,71 avro
Fransa – 1,72 avro
Böyük Britaniya – 1,73 avro
Norveç – 1,74 avro
İrlandiya – 1,75 avro
İtaliya – 1,76 avro
Yunanıstan – 1,76 avro
Danimarka – 1,77 avro
Albaniya – 1,78 avro
Finlandiya – 1,79 avro
İslandiya – 1,88 avro
İsveçrə – 1,89 avro
Niderland – 2,07 avro



Xəbərin oxunma sayı : 325




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap