“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Onlar heç bir nəticə əldə edə bilməzlər və etməyəcəklər” - Ərdoğan

Tarix 11.01.25, 9:44

Font ölçüsü : - / +
bitmap-img6


“Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyadakı terrorçular indi özlərinə yeni rəhbər axtarırlar”.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın şəhərində çıxışı zamanı deyib.

“Suriyada Baasçıların 61 illik zülmünə son qoyulması və Suriya müxalifətinin Dəməşqi azad etməsi ilə indi terrorçular çətin vəziyyətə düşüblər. İndi özlərinə yeni rəhbərlər axtarırlar. Ölkəmizdə sabitliyin olmasını istəməyənlərə şirinlik edirlər. Amma nə etsələr, faydasızdır. Onlar xarici güc qruplarına arxalanaraq heç bir nəticə əldə edə bilməzlər və etməyəcəklər”, - deyə Türkiyə lideri vurğulayıb.

Onun sözlərinə görə, Türkiyə son zamanlar terrorla mübarizədə ciddi nəticə əldə edib:

“Beləliklə, imperialist güclərin terrorla Türkiyə sərhədini əhatə etməsinə icazə vermədik. Terrorsuz Türkiyə hədəfimizə çataraq şəhidlərimizin ruhunu şad etməyə çalışacağıq. Daha əvvəl də dediyim kimi terrorçuların iki seçimi var: ya silahlarını ataraq təslim olacaq, ya da məhv olacaqlar. Bizim istəyimiz bunun dinc və sakit şəkildə baş verməsidir”.




Xəbərin oxunma sayı : 907




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap