“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Sıfır vergi, güzəştli kredit və ucuz kommunal xidmətlər: Kəndə köçmək sərfəli olacaq?

Tarix 28.11.26, 20:49

Font ölçüsü : - / +
bitmap-img6


Şəhərdən kəndə köçü təşviq etmək məqsədilə mənzil, biznes və məşğulluq sahələrində əlavə güzəştlərin tətbiqi təklif olunur.

Söhbət kənd yerlərində ev almaq və ya tikmək istəyən gənc ailələrə dəstək göstərilməsindən, sahibkarlar üçün güzəştli kreditlərin verilməsindən və vergi güzəştlərinin tətbiqindən gedir.

AzFakt.com İctimai TV-yə istinadən bildirir ki, Bakıda yaşayan Həsən Əlizadə də kəndə qayıtmaq istəyənlərdəndir. Dörd il əvvəl təhsil almaq və işləmək məqsədilə Qubadan paytaxta köçən gənc bildirir ki, doğma rayonunda iş və yaşayış imkanları yaxşılaşarsa, ailəsi ilə birlikdə geri qayıtmağa hazırdır.


Onun sözlərinə görə, Bakıda iş imkanlarının daha geniş olması səbəbindən əvvəlcə özü paytaxta gəlib, daha sonra isə ailəsini də yanına gətirib. Lakin bölgələrdə də paytaxtdakı kimi imkanlar yaradılarsa, Qubaya qayıtmağı düşünür.

Milli Məclisin deputatı Zahid Oruc hesab edir ki, kəndlərdə iqtisadi fəallığın artırılması üçün emalatxanaların yaradılması, maldarlığın və quşçuluğun inkişafına dəstək göstərilməsi, yerli istehsalçıların məhsullarını bazara çıxarmaları üçün əlverişli şəraitin yaradılması vacibdir.

Təkliflər arasında kəndlərdə və ucqar bölgələrdə fəaliyyət göstərən sahibkarlar üçün sıfır vergi siyasətinin tətbiqi, güzəştli enerji tariflərinin müəyyənləşdirilməsi, yerli istehsal və emal müəssisələrinin yaradılmasının stimullaşdırılması da yer alır.

Bununla yanaşı, kənd sakinləri üçün elektrik enerjisi və təbii qaz tariflərinin iqlim və ərazi xüsusiyyətlərinə uyğun diferensiallaşdırılması, kommunal xidmətlər üzrə istehlak limitlərinin ləğvi və ucqar kəndlərdə daimi yaşayışın təşviqi təklif olunur.

Qeyd edilir ki, xüsusilə dağlıq və ucqar ərazilərdə ilin yeddi-səkkiz ayının soyuq keçməsi enerji istehlakını artırır. Bu səbəbdən həmin ərazilərdə yaşayan sakinlərin kommunal xərclərinin paytaxt sakinləri ilə eyni meyarlar əsasında hesablanması məqsədəuyğun hesab edilmir. Bölgələrdə əməkhaqlarının nisbətən aşağı olması da tarif siyasətində nəzərə alınmalı amillərdən biri kimi göstərilir.

Beləliklə, şəhərdən kəndə qayıdışın təşviqinin yalnız güzəştli kreditlərin verilməsi və vergi güzəştlərinin tətbiqi ilə deyil, həm də yeni iş yerlərinin yaradılması, kommunal xərclərin azaldılması və kənd təsərrüfatının inkişafına dəstək göstərilməsi ilə mümkün olduğu bildirilir.



Xəbərin oxunma sayı : 70




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap