“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Buzovna qayalıqlarını kimlər zəbt edib? - “Dənizə çıxış hamının haqqıdır!”

Tarix 28.11.26, 17:14

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhərinin Xəzər sahilində yerləşən Buzovna qayalıqları özünəməxsus təbii landşaftı, geoloji quruluşu və ekoloji əhəmiyyəti ilə seçilən ərazilərdəndir. Lakin son illər sahilyanı ərazilərdə hasarların çəkilməsi, torpaq sahələrinin zəbt olunması, qayalıqların beton konstruksiyalarla əhatələnməsi və müxtəlif tikililərin inşa edilməsi bu təbii məkanın qorunması ilə bağlı narahatlıqları artırıb. Nəticədə həm ərazinin təbii görünüşünün dəyişməsi, həm də insanların dəniz sahilinə sərbəst çıxış imkanlarının məhdudlaşması məsələsi aktuallaşıb.

Dəniz sahilindəki qanunsuz hasar və tikililər sökülür - FOTO | FED.az

Qeyd edək ki, Prezident İlham Əliyev 16 noyabr 2026-cı il tarixində Xəzər dənizinin Azərbaycan sektoruna aid sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb. Sənədə əsasən, sahilboyu ərazilərdə torpaqların idarə olunması, istifadəsi və mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz zəbt hallarının qarşısının alınması, ərazilərin monitorinqi, zəruri hallarda qanunsuz tikililərin sökülməsi, abadlıq və sanitar təmizlik işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, sahilboyu ərazilərin xüsusi hüquqi statusunun və zonalaşdırılmasının müəyyənləşdirilməsi istiqamətində təkliflərin hazırlanması tapşırılıb.

Hüquqşünasların yanaşmasına görə, sahilyanı ərazilərdə qanunsuz zəbt edilmiş torpaqlarda inşa olunan tikililərin və hasarların sökülməsi üçün hüquqi əsaslar mövcuddur. Bununla belə, mülkiyyət sənədləri olan obyektlərin taleyi ayrıca hüquqi qiymətləndirmə tələb edir. Yəni hər bir tikilinin qanuniliyi, yerləşdiyi ərazinin hüquqi statusu və tikinti zamanı qanunvericiliyin tələblərinə əməl olunub-olunmaması araşdırılmalıdır. Bu baxımdan sahilyanı ərazilərin qorunması məsələsi yalnız mülkiyyət və tikinti hüququ deyil, həm də ciddi ekoloji məsələ kimi gündəmə gəlir.

Bəs Buzovna qayalıqlarının təbii və coğrafi əhəmiyyəti nədən ibarətdir? Bu ərazilərin hasarlanması, betonlaşdırılması və tikililərlə əhatə olunması ekosistemə hansı zərərləri vurur? Unikal təbii landşaftın qorunması və gələcək nəsillərə ötürülməsi üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov Musavat.com-a danışıb.
Onun sözlərinə görə, Buzovna qayalıqları, ümumiyyətlə, sadəcə adi qayalıq ərazi deyil, özündə mədəni, sosial və ictimai dəyərləri birləşdirən məkandır. Həmin ərazidə kiminsə uşaqlıq xatirələri var, kiminsə bu yerlərlə sosial bağlılığı mövcuddur. Ora turistlər gedir, insanlar gəzir, istirahət edirlər.

Kür çayında suyun artması və Mingəçevir su anbarından buraxılış tənzimlənir”- Rövşən Abbasov | QHT.az

Ekoloq qeyd edib ki, ümumiyyətlə, dənizkənarı ərazilərin hasarlanması və zəbt olunması qətiyyən yolverilməzdir: "Bu, əslində, aksiomadır: belə məkanlar ictimai ərazilər olmalı və hər kəsin onlara sərbəst çıxış imkanı təmin edilməlidir. Həmin ərazilərdə tikililərin inşa edilməsi ətraf mühitin idarə olunması baxımından çox yanlış addımdır. Üstəlik, bu cür qərarlar sonradan çox baha başa gəlir. Çünki inşa edilmiş tikililərin sökülməsi üçün gələcəkdə böyük vəsait tələb olunur.

Bu qayalıqlar həm istifadə, həm də qeyri-istifadə dəyərlərinə malikdir. Şəxsən mən ora getməsəm belə, istərdim ki, hər zaman həmin əraziyə getmək imkanım olsun. Ekologiyada və ətraf mühitin idarə olunmasında buna imkan dəyəri deyilir. Hətta ora getməsəm də, həmin ərazinin daim qorunmasını istəyirəmsə, bu, varlıq dəyəri adlanır. Yəni biz hər hansı bir məkana getməsək, onu görməsək, hətta gələcəkdə ora getməyi planlaşdırmasaq belə, həmin yerin qorunub saxlanılmasında maraqlı ola bilərik. Məhz bu, varlıq dəyəridir. Buzovna qayalıqları isə həm imkan, həm də varlıq dəyərlərini özündə birləşdirən ən yaxşı nümunələrdən biridir".



Xəbərin oxunma sayı : 64




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap