“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda “qreçka“nın qiyməti kəskin bahalaşa bilər - Səbəb

Tarix 27.11.26, 21:52

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya qarabaşaq (qreçka) ixracına 6 ay müddətinə qadağa tətbiq edir. Bu qərar Azərbaycan bazarında da qiymət dəyişiklikləri ilə bağlı suallar yaradır. Çünki Azərbaycanın qarabaşaq idxalının böyük hissəsi Rusiyanın payına düşür.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Rusiyadan 10 min 221 ton qarabaşaq idxal edib. Bu məhsulun idxal dəyəri 5 milyon 339 min dollar təşkil edib.

Rusiya hökumətinin qərarına əsasən, qarabaşaq ixracına qoyulan məhdudiyyət rəsmi dərc edildikdən 24 saat sonra qüvvəyə minəcək və altı ay davam edəcək.

Qərarın məqsədi ölkənin daxili ərzaq bazarında sabitliyi qorumaqdır. Qadağa Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə, eləcə də hökumətin qərarı əsasında həyata keçirilən humanitar yardımlara və müəyyən beynəlxalq hökumətlərarası sazişlər çərçivəsindəki tədarüklərə şamil edilməyəcək.

Qeyd edək ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqının üzvü deyil. Bu səbəbdən Rusiyanın ixrac məhdudiyyətinin Azərbaycan istiqamətindəki tədarüklərə də təsir göstərməsi mümkündür.

Rusiyada qarabaşaq istehsalı və ehtiyatları azalmaqda davam edir. Ölkədə 2025-ci ildə qarabaşaq yığımı 926 min tona düşüb. 2026-cı ildə isə bu bitkinin əkin sahəsi 751 min hektardan 708 min hektara qədər azalıb.

Bundan başqa, 2026-cı il oktyabrın 1-nə Rusiyanın tədarük və emal müəssisələrində qarabaşaq ehtiyatları 130 min ton təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 faiz azdır.

Rusiya 2026-cı ilin ilk 10 ayında təxminən 65 milyon dollar dəyərində qarabaşaq ixrac edib. Ən böyük alıcı Çin olub. Bu ölkəyə yanvar-oktyabr aylarında 56 milyon dollar dəyərində təxminən 157 min ton qarabaşaq göndərilib.

Beləliklə, Rusiyanın ixraca qoyduğu məhdudiyyət və istehsal-ehtiyat göstəricilərindəki azalma Azərbaycan bazarında qarabaşaq qiymətinə təsir göstərə biləcək amillərdən biri olacaq. /Trend 



Xəbərin oxunma sayı : 46




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap